Əlaqə Arxiv
news Image
2014.05.23
14:21
| A A A
Uşaq verlişlərinin keyfiyyət problemi
Zeynal Məmmədli: «Uşaq mövzularının təsnifatı üçün ümumiyyətlə, kompleks şəkildə görüləcək işlərə ehtiyac var»

Uşaqların təlim-tərbiyəsi baxımından balacalar üçün nəzərdə tutulan  verilişlər xüsusi önəm daşıyır. İstər intellektual, istərsə də əyləncəli xarakter daşıyan bu tip proqramlara əksər dünya ölkələrində xüsusi önəm verilir. Lakin Azərbaycanda hazırkı durumda bu verilişlər həddindən artıq azlığı ilə diqqət çəkir. Azlıqdan əlavə, həmin verilişlərin nümayişi üçün seçilən vaxt da bir çox hallarda münasib olmur.  Eyni zamanda verilişlərin keyfiyyəti qənaətbəxş sayılmır. Odur ki, uşaqların çoxu, demək olar ki, gün ərzində öz kanallarımızda deyil, xarici, əsasən də Türkiyə kanalalarında gedən verilişləri, nümayişləri izləyirlər. 

Tanınmış media eksperti Zeynal Məmmədli Movqe.az-a açıqlamasında mövcud vəziyyəti qiymətləndirib. Ekspertin sözlərinə görə, uşaq mövzularının təsnifatı üçün ümumiyyətlə, kompleks şəkildə görüləcək işlərə ehtiyac var: "Bura özünü xüsusi adamış, sərf etmiş müxtəlif peşəkarlar lazımdır. Burda uşaq psixoloqları, həkimlərdən tutmuş, xüsusi uşaq yazarları, valideynlərin özünün də mühüm rolu var.  Uşaqların yaddaşlarından silinməyəcək  hekayələr yazan, bilavasitə bu mövzu ilə ixtisaslaşan yazı əhli lazımdır. Eyni zamanda peşəkar  kameraman və rejissorların olması da vacibdir. Bütün bunlara cəhddən söhbət gedə bilər, amma bunlar hələ bizdə yoxdur. Bu gün mən təcrübəmə əsaslanaraq deyirəm ki, uşaq redaksiyalarında əksər vaxtlarda elə kadrlar çalışır ki, həmin insanlar başqa sahələrdə iş tapa bilmirlər. Məhz həmin insanları bu sahədə sınaqdan keçirirlər. Bəzən orda çalışanlar əvvəl başqa nəşriyyatlarda çalışanlar olur ki, hansı ki, uşaq redaksiyalarında ehtiyac var deyə, material əksikliyi var deyə, bura üz tuturlar. Eyni zamanda onlar nəzərə alırlar ki, burada rəqabətli mühit daha azdır və eyni zamanda müəyyən güzəştlər də edəndə, bəzi jurnalistlər bu sahəyə keçirlər. Nəzərə almaq lazımdır ki, bu, jurnalistikanın xüsusi qoludur. Uşaqlarla daha həssas, eyni zamanda böyük kimi danışmaq lazımdır. Amma bizdə bunun kimi bir sıra tələblər gözlənilmir. 

Burada yaradıcı fəaliyyəti maliyyələşdirən qaynaqlar da olmalıdır. 

İkini tərəfdən, uzunmüddətli strateji plan da olmalıdır. Söhbət televiziyadan gedirsə, həmfikirlər olmalıdır. Həmfikirlər ardıcıl kadrlar hazırlamalıdırlar. Ayrı-ayrılıqda hansısa uşağa mahnı oxutdurmaq və ya ucadan bir şeir dedizdirib uşağı istismar eləməklə veriliş hazırlamaq doğru deyil. Məhz bu cür yanaşma bugünkü vəziyyətə gətirib çıxarıb. Bu, bir həqiqətdir ki, bu gün sahəni inkişaf etdirmək üçün  cəhdlər var.  Lakin vahid komanda, bütöv ardıcıl bir plan yoxdur. Bunlar olmadıqca, təbii ki, mövcud vəziyyət davam edəcək". 


Sizin Reklam Yeriniz