Əlaqə Arxiv
news Image
2014.05.24
08:53
| A A A
Kiçik qabaritli avtomobillər bahalaşmağa başalyır
Nüsrət İbrahimov: “İnsanlar istismara çəkiləcək xərclərə qənaət etmək məqsədi ilə tədricən kiçik mühərrik həcminə malik maşınlara üstünlük verməyə başlayıblar” Azər Allahverənov: “Ən azından 3 amil kiçik mühərrikli nəqliyyat vasitələrinin qiymətində artımlar yaradır”

Məlumdur ki, Mərkəzi Bankın avtomobil krediti şərtinə etdiyi dəyişlikdən sonra maşın satışında lizinq fəaliyyəti işə düşməyə başaldı. Lakin Vergilər Nazirliyinin lizinqlə avtomobil satılarkən VÖEN alaraq fəaliyyət göstərən və gəlirləri barədə bəyannamə təqdim etməyi bacaran şəxslərə üstünlük verbkməsi barədə tövsiyə məktubundan sonra lizinqlə avtomobil satışı da tədricən azalıb. Hazırda insanlar avtomobilləri daha çox nağd almaq məcburiyyətindədirlər. Bu isə əsasən mühərrik həcmi və qabaritləri kiçik olan xarici və yerli maşınların satışını stimullaşdırıb. Çünki onlar digərləri il əmüqayisədə daha ucuz başa gəlir. Bel əvəziyyət isə həmin maşınların qiymətini artıra bilər.

"MBA Group" konsaltinq şirkətinin direktoru, iqtisadi ekspert Nüsrət İbrahimov bildirdi ki, insanların kiçik mühərrik həcminə malik avtomobillərə meyl etməsinin bir neçə səbəbi var: "Birincisi, son vaxtlar yanacağın qiymətində artımlar oldu. Gələcəkdə də belə qiymət artımlarnı ehtimal etmək olar. İnsanlar istismara çəkiləcək xərclərə qənaət etmək məqsədi ilə tədricən kiçik mühərrik həcminə malik maşınlara üstünlük verməyə başlayıblar. Digər tərəfdən son bir neçə ildə, xüsusən Bakı şəhərində tıxac problemi var. Tıxacda isə iriqabaritli maşınların hərəkət etməsi daha çətindir. Üçüçncü amil də budur ki, əvvəllər bahalı maşınlar uzunmüddtəli kreditlə alınırdı. Amma bu gün ilkin ödəniş 50%-dir. Bunu da hər kəs ödəyə bilmir. Bundan başqa, sənədlər də əvvəlki illərə baxanda nisbətən ağırlaşıb. Ona görə kiminsə əlində müəyyən qədər pul olursa, kiçik mühərrik həcmli yeni avtomobil almağa üstünlük verir. Yəni, zaman keçdikcə insanların avtomobilə baxışı da dəyişir. Əvvələr avtomobilə bir sərvət kimi baxırdılara, bu gün başa düşürlər ki, avtomobil sərvət deyil".

Ekspertin fikrincə, kiçik mühərrik həcminə malik avtomobillərə tələbatın artması onların qiymətini qaldırmayacaq: "Çünki, burada təklif də çoxdur. Əgər istehsalçı zavod qiymətini qaldırmırsa, satış qiyməti qalxmayacaq. İdxal edənlər öz marjalarını qoymaqla dəyərində yox, maşın sayında udmağa çalışırlar. Yəni, idxalçı bir şəxs deyil ki, istədiyi qiyməti diqtə etsin. İstənilən adam ölkəyə avtomobil idxal edə bilər".

Nəqliyyat məsələləri üzrə digər ekspert Azər Allahverənova görə, insanlar həmin maşınlara ona görə meyl edirlər ki, kiçik mühərrikli nəqliyyat vasitələrinin yanacaq sərfiyyatı çox qənaətcildir: "Eyni vaxtda həmin xarici maşınların mühərriki "avro-4" standartına cavab verirsə, ekoloji cəhətdən də sərf edir. Elə bu gün kiçik müəhərrikli nəqliyyat vasitələrinin qiymətində müşahidə edilən artım da bilvasitə insanların həmin maşınlara üstünlük verməsindən irəli gəlir. Yanacaq sərfi baxımından qənaətçildirsə, ekoloji cəhətdən az zərər vurursa, digər tərəfdən də tıxaclarda manevretmə imkanları genişdir. Bütün bunlarla yanaşı, xüsusi ilə Bakı şəhərində parklanma problemi var. Ən azından bu 3 amil kiçik mühərrikli nəqliyyat vasitələrinin qiymətində artımlar yaradır. Bu gün insanlar bir çox problmlərini nəqliyyat vasitələrini istismar etməklə həll etməyə çalışdığından gündən-günə də bu tipli nəqliyyat vasitələri məşhurlaşır".

Sizin Reklam Yeriniz