Əlaqə Arxiv
news Image
2014.05.29
14:40
| A A A
Azərbaycanda da vertolyot taksiləri ola bilər
Cahangir Qocayev: «Elə binalar var ki, vertolyot onun damına enə bilir»

Dünyanın əksər inkişaf etmiş ölkələrinin meqapolislərində vertolyot taksilərindən geniş istifadə olunur. Bunun üçün şəhərdə tikinti aparılan zaman bir sıra çoxmərtəbəli binaların damında müvafiq meydançalar salınır, infrastruktur qurulur. Komfort baxımından sərnişinlərin məmnuniyyətlə istifadə etdikləri bu nəqliyyat vasitəsinin şəhərimizdə də təşkil olunması maraqlı olardı. 

Məsələ ilə bağlı Mövqe.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayevlə əlaqə saxlayıb. Cahangir Qocayev deyib ki, hazırda nə şəhər infrastrukturu, nə də əhali vertolyot taksilərindən istifadəyə hazır deyil: "Şəhər buna hazır deyil. Çünki, vertolyot taksilərindən də kütləvi nəqliyyat vasitələri var. Əvvəllər Zabrat qəsəbəsində vertolyot aerodromu var idi. Vaxtilə ayrı-ayrı təşkilatlar vertolyotları icarəyə götürürdülər. Məsələn, meliorasiyada bundan geniş istifadə olunurdu. Təsərrüfat hesabı ilə işləyən ayrı-ayrı təşkilatlar istifadə edirdilər. 

İndiki halda ayrı-qayrı vətəndaşların bundan istifadə etməsi də onlara  həddən artıq rahatlıq gətirəcək. Lakin reallıq budur ki, camaatın hələ bundan istifadə etmək imkanı yoxdur. Heç əhalinin hamısı taksidən istifadə edə bilmir. Ucuz olduğu üçün ən çox avtobus, metro nəqliyyatından istifadə edirlər.  Şəhərin mövcud infrastrukturu da buna imkan vermir. Vertolyotun uçuşu üçün boş sahə, geniş meydan lazımdır. Elə binalar var ki, vertolyot onun damına enə bilir. Azərbaycanda da bunu həyata keçirmək olar". 



Sizin Reklam Yeriniz