Əlaqə Arxiv
news Image
2014.05.30
08:42
| A A A
Ağac altında yaranan təhlükə
Samir İsayev: " Hadisə cavabdeh qurumun səhlənkarlığı üzündən baş verirsə, zərərçəkənin maddi təminat almaq hüququ yaranır "

Paytaxt küçələrində artıq ağac altında avtomobil saxlamaq təhlükəli hala çevrilib. Belə ki, Mehdi Hüseyn 80 ünvanınıda tut ağacının böyük bir budağı qıralaraq 2 avtomobilin üstünə düşüb. Nəticədə maşınlara ciddi ziyan dəyib. Maşın sahibləri isə əksəriyyətləbu zaman onlara dəyən ziyanın kim və necə ödənilə biləcəyi barədə isə məlumatsızdırlar. Bunun nəticəsidir ki, sözügedən hallar baş verdikdə, avtomobil sahibləri çox halda lazımi qurumlara müraciət edərək, dəymiş ziyanın cavabdeh tərəfindənödənilməsini tələb etmək əvəzinə, özləri təmir etməyə üstünlük verirlər.


Ekoloq Samir İsayev məsələnin avtomobilin sığortalanması yolu ilə həll edildiyini bildirdi. Onun dediyinə görə, bu zaman ağaclara cavabdeh qurumlar ziyanı ödəməlidirlər: "Hər bir şəxs mülkiyyətinin təminatlı istifadəsini təmin etmək istəyirsə, onun sığortalamaq lazımdır. O cümlədən, avtomaşınların da sığortası nəzərdə tutulub. Bu halda dəyən hər bir zərərə, o cümlədən fövqəladə hallar nəticəsində dəyən ziyana görə, sığorta şirkəti vurulan zərəri ödəyəcək. Sadəcə olaraq, maşın sahibləri təkcə mülkü məsuliyyətli sığortanı deyil, eyni zamanda, avtomobillərinin sığortasını həyata keçirsələr, yaxşı olar. Problemin həll yolu budur. İkinci bir tərəfdən, ağacın külək və yaxud başqa təsir nəticəsində aşaraq avtomaşının üzərinə düşməsi fonunda onun sahibinə zərər dəyibsə, bu halda həmin ağacın yıxılma səbəbləri araşdırılmalıdır. Burada ağacın mülkiyyətçisi olan Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin vəzifəli şəxsləri cavabdehdirlərsə, onlar buna görə məsuliyyət daşıyacaqlar. Bir il qabaq Bakıda ağacın aşması ilə bir qadınla uşaq ölmüşdü. Buna görə də Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin məsul şəxsi cinayət məsuliyyətinə cəlb edildi. Odur ki, ağacın aşması nəticəsində avtomobilə ziyan dəyibsə, onun sahibi mülkiyyətinə dəyən zərərin, Yaşıllaşdırma Təsərrüfatı İdarəsi, yaxud da ağacın yerləşdiyi məkana cavabdeh digər qurumların səhvi üzündən baş verdiyini güman edirsə, mülki qaydada məhkəməyə müraciət etməlidir. Məhkəmə də vurulmuş zərərin məhz qarşı tərəfin hərəkəti nəticəsində olduğunu sübut etməyə çalışmalıdır. Lazım gəldikdə, ekspertiza, o cümlədən bioloji ekspertiza da keçirilməlidir. Bu yolla ağacın aşması səbəbləri araşdırılmalı, burada vəzifəli şəxslərin təqsirinin olub-olmadığı araşdırılmalıdır. Hadisə cavabdeh qurumun səhlənkarlığı üçündən baş verirsə, zərərçəkənin maddi təminat almaq hüququ yaranır. Ağaclar, heç nədən yıxıla bilməz. Onun qırılmasının səbəbi var. Məsələ birinci növbədə ondan ibarətdir ki, Azərbaycanda əkilən hər bir ağac pasportlaşdırılmalı və sahibi tərəfindən mütəmadi olaraq ona qulluq göstərilməlidir. Bu haqda prosesə nəzarət edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə mütəmadi məlumatlar da verilməlidir ki, ərazidə olan ağacların nə qədəri köhnəlib, qocalıb, artıq aşmaq təhlükəsi qarşısındadır. Nazirliyin də müvafiq qurumu gələrək həmin ağaclara baxmalı, onların qulluq göstərilməsinə ehtiyac varsa, müvafiq rəsmi göstərişlər verməlidir. Ətraf mühitə təhlükə törədən ağacların ksilməsi, budaqlarının qırılması və yaxud başqa yolla təhlükənin aradan qaldırılmasına göstəriş verməlidir. Bundan başqa yaşıllığın balansında olduğu hüquqi və fiziki şəxslər, bələdiyyə, şəhər icra nümayəndəliyi həmin ağaclara baxaraq, mütəmadi olaraq vəziyyətləri barədə araşdırma aparmalıdır. Hər bir ağacın yaşı, ona göstərilən qulluq müəyyənləşməlidir, gələcəkdə ehtiyac olduqda kəsilməsi yolu ilə təhlükənin aradan qaldırılması məsələsi ortaya qoyulmalıdır. Bakıda ağacın sahibi qismində müxtəlif dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər və Yaşıllaşdırma İdarəsi çıxış edir".

Sizin Reklam Yeriniz