Əlaqə Arxiv
news Image
2014.06.03
12:30
| A A A
Bəzi firma rəhbərləri dərmanların tərkibini dəyişir
Rəşid Mahmudov: «Deyilən faktı bütün dərman firmalarına aid etmək olmasa da, bəzilərində bu hal yaşanır» Anar Qədirli: «Narahatçılığa heç bir əsas yoxdur»

Belə iddialar səslənir ki, eyni marka dərmanın xarici ölkədə satılanı Azərbaycanda satılandan daha keyfiyətlidir. Görünür, elə bunun nəticəsidir ki, Rusiyadan, Türkiyədən, İrandan və s. ölkələrdən birbaşa alınan dərman preparatlarını insanlar daha etibarlı sayırlar. 

Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov səslənən bu fikirlərin doğru olduğunu bildirdi. Belə ki, həkimin Movqe.az-a açıqlaması zamanı dediklərinə görə, bu vəziyyəti yaradan səbəb odur ki, bəzi dərman firmalarının rəhbərləri xaricdən dərman sifariş edərkən, onun tərkibini dəyişdirirlər: "Məsələn, dərmana 40 mq aktiv maddə vurulmalıdırsa, firma sahibi xaricdə dərman istehsal edən zavoda sifariş verir ki, mənim aldığım dərmanlara 10 mq aktiv maddə vur. Bu da dərmanın effektliliyini, təsiri azaldır. Belə olan vəziyyətdə, Azərbaycanda bəzi hallarda müalicələr də effekt vermir. Bir çox hallarda həkimləri günahlandırsalar da, burada dərmanlar önəmli rol oynayır. Deyilən faktı bütün dərman firmalarına aid etmək olmasa da, bəzilərində bu hal yaşanır". 

Məsələyə Səhiyyə Nazirliyinin münasibəti isə fərqlidir. Belə ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirdi ki, bu məlumat doğru deyil: "Bura gətirilən dərmanlar da kompaniyaların təmsilçiləri tərəfindən gətirilir. Yəni, eyni dərmandır. Narahatçılığa heç bir əsas yoxdur".


Sizin Reklam Yeriniz