Əlaqə Arxiv
news Image
2012.07.03
16:57
| A A A
Jurnalistlər üçün yeni müsabiqə
ABA CEELİ və Media Hüquq İnstitutu jurnalistlər arasında yazı müsabiqəsi elan edib

Movqe.Az xəbər verir ki, ABA CEELI (Amerika Hüquqşunaslar Assosiasiyası) və Media Hüququ İnstitutu jurnalistlər arasında yazı müsabiqəsi elan edib.

Müsabiqənin mövzusu "QANUNLAR NECƏ İŞLƏYİR?" adlanır. 

Müsabiqə gənc tələbə - jurnalistlər üçün nəzərdə tutulur. Müsabiqəyə qəzet, jurnal və internet mediada 01 iyul - 31 iyul tarixləri aralığında hazırlanıb yayılan yazılar təqdim oluna bilər. Müsabiqəyə təqdim olunan yazılar aşağıdakı parametrlərin işığında qiymətləndiriləcək: 

- Mövzunun konkret insandan, olaylardan keçirilməsi;

- Müəllifin mövzuya bələd olub-olmaması;

- mövzunun aktuallığının əsaslandırılması;

- adi vətəndaş üçün mövzunun faydasının açıqlanması;

- yazının hüquqi biliklərin yayılması baxımından önəmliliyi;

- oxucu marağını tatmin etməyə yönəlik üsullar (maraqlı, diqqətçəkən sərlövhə, yarımsərlövhələr, haşiyələr və s.) 

- yazının sadəliyi, maraqlı üslubu, jurnalist yaradıcılığı baxımından orijinallığı;

- ekspertlərdən yararlanma dərəcəsi; 

- müxtəlif düşüncələrin balanslaşdırılması;

Ekspertlərin qiymətləndirməsi zamanı iddialı yazıların nəticə balları bərabər olarsa, daha erkən yayılmış yazıya üstünlük veriləcək. İddialı yazılar eyni tarixdə yayılıbsa müsabiqəyə daha tez təqdim olunmuş yazıya üstünlük veriləcək. 
Müsabiqənin yekununda 1, 2 və 3-cü olmuş yazı müəllifləri mükafatlandırılacaq. Mükafat fondu 500 AZN (1-ci yer), 400 AZN (2-ci yer), 300 AZN (3-cü yer) təşkil edir. 
Müsabiqə şərtlərinə uyğun yazılar 01 avqust 2012-ci il tarixədək təşkilatçılara təqdim olunmalıdır. Müsabiqənin nəticələri avqust ayının 10-dək açıqlanacaq.
Yazılar və ya yazıların yerləşdirildiyi linklər [email protected] ünvanına göndərilməlidir.

Sizin Reklam Yeriniz