Əlaqə Arxiv
news Image
2014.06.18
13:46
| A A A
Ölkədə təhlükəli virusun yayılması barədə-RƏSMİ AÇIQLAMA

"Azərbaycanda mənşəyi bilinməyən təhlükəli virusun yayılması barədə mətbuatda yer alan məlumatlar həqiqəti əks etdirmir. Hətta deyərdim ki,hazırda ölkədə perpirator xəstəliklərlə, eləcə də infeksion xəstəliklərlə bağlı vəziyyət qış və yaz ayları ilə müqayisədə kəskin azalıb. Bu gün respublika üzrə hər hansı təhlükəli virusun yayılması və bu xəstəliyə yoluxanların sayının artması barədə xəbərlər cəfəngiyyatdır".

Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva söyləyib. A. Əliyeva hazırda suçiçəyi ilə bağlı bir yoluxma faktının belə olmadığını bildirib: "Ölkəmizdə təhlükəli virusun yayıldığını söyləyənlərə bildirirəm ki, labarator müayinə zamanı respublikada mənşəyi naməlum heç bir virus tapılmayıb. Onlar bu fikri hansı əsasla söyləyirlər?".

Qeyd edək ki, bu gün mətbuatda ölkəmizdə mənşəyi bəlli olmayan təhlükəli virusun yayıldığı barədə xəbərlər yer alıb. Məlumatda bildirilir ki, yüksək hərarət, baş, qarın ağrısı, baş gicəllənməsi, iştahsızlıqla müşayiət olunan xəstəlik səbəbindən son bir neçə gündə tibb müəssisələrinə müraciət edənlərin sayı dəfələrlə çoxalıb. Ancaq həkimlər özləri də etiraf edirlər ki, onlar bu virusun qarşısının alınmasında acizdirlər və xəstəliyin qısa müddətdə aradan qaldırılması mümkün deyil. Səhiyyə işçiləri bu virusu "Hava virusu" adlandırırlar və yaş kateqoriyasından asılı olmayaraq insanların hava infeksiyası ilə yoluxduğunu deyirlər.


Sizin Reklam Yeriniz