Əlaqə Arxiv
news Image
2012.07.04
21:09
| A A A
Bakıda yeni ailə quranlar üçün şad xəbər
Movqe.Az xəbər verir ki, yeni ailə qurmaq istəyənlər üçün saray tikilir.

Gənclər və idman naziri Azad Rəhimov uzun müddətdir təmirə dayanan sarayın tamamilə müasir təchizatla təchiz olunduğunu bildirib.

Qeyd edək ki, saray "Səadət sarayı" adlanır. Binada zəlzələyə qarşı yeni sistem quraşdırılıb və bina bütün təhlükələrə qarşı mühafizə sistemi ilə təchiz olunub. Saray 9-10 bal gücündə zəlzələyə davamlıdır.

"Saray mükəmməl şəkildə təmir olunub və eyni zamanda qədimiliyini əks etdirən görünüşü də saxlanılıb. İyulun 5-də açılışı olacaq "Səadət sarayı" gözəlliyi ilə sakinləri heyran edəcək", - deyə nazir bildirib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz