Azərbaycanda ağır yol qəzası: 4 ölü, 2 yaralı
Movqe.Az xəbər verir ki, Bakı-Şamaxı yolunda ağır yol qəzası baş
verib. Hadisə zamanı 4 nəfər ölüb, 2 nəfər isə xəsarət
alıb.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında verilən məlumata əsasən, Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində Qobustan rayonu ərazisində "Mercedes" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı avtomobilin sürücüsü və "VAZ-21015" markalı avtomobildə şəxsiyyətləri məlum olmayan 5 nəfər sərnişindən biri xilas edilsə də, 4 nəfər aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişib.
Hadisə ilə müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Türkan Nadirqızı
Movqe.Az