Əlaqə Arxiv
news Image
2014.07.09
16:58
| A A A
Zəlzələlər Xəzərin dib quruluşunu dəyişir?!
Tahir Məmmədli: «Zəlzələlərin dənizin dibinin quruluşuna heç bir təsiri yoxdur» Ənvər Əliyev: «Dənizdə baş verən qalxmalarda qeyri-adi, gözlənilməyən heç nə yoxdur»

Xəzərdə, onun Azərbaycan sektorunda tez-tez zəlzələlər olması heç kimə sirr deyil və bu barədə vaxtaşırı məlumatlar da verilir. Elə Bakı üçün seysmik təhlükə məhz Xəzər dənizində olan zəlzələ ocaqlarında gözlənilir. Ekspertlərə görə, bu da Bakıda 12 ballıq şkala üzrə maksimum 8 bal gücündə hiss oluna bilər. Ümumiyyətlə, Xəzər dənizi potensial gücə malik zəlzələ ocaqlarından ibarətdir. Məhz bundan irəli gəlir ki, Bakıda zəlzələ təhlükəsi Xəzər dənizindəki zəlzələ ocaqlarından yaranır. 

Hələlik isə Xəzərdə elə də böyük dağıdıcı gücə malik olmasa da zəlzələlər baş verir. Məsələnin maraq doğuran tərəfi bunun dənizin dib quruluşuna hansı təsiri göstərməsidir. Xüsusən də sahilyanı ərazilərdə zəlzələlərin dənizin dib qurluşuna hansı formada təsir göstərməsi xüsusi maraq doğurur. Ən azından çimərlik kimi istifadə oluna dəniz ərazilərdə bu məsələ xüsusi diqqət cəlb edir. 

Respublika Seysmoloji Xidmət Mərkəzinin sesymoloji şöbəsinin müdiri   Tahir Məmmədli məsələ ilə bağlı Movqe.az-a bildirib  ki, zəlzələlərin dənizin dibinin quruluşuna heç bir təsiri yoxdur. 

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev dənizdə baş verən zəlzələlərin gözlənilən, normal proses olduğunu, narahatçılığa heç bir əsas olmadığını bildirir:  "Bu  proses onsuz da baş verir. Qafqaz dağları ildə 2.5 - 2.7 sm-ə qədər  qalxır. Təbii ki, bunun təsiri ilə Xəzər dənizinin dibində Qafqaz dağlarının davamı  olan tirələrdə qalxmalar müşahidə olunur. Bu, nəhəng geoloji planetar prosesin bir hissəsidir. Ona görə də qeyri-adi bir şey yoxdur. Milyon illər davam edən bir prosesin nəticəsidir. Ona görə dənizdə baş verən qalxmalarda qeyri-adi, gözlənilməyən heç nə yoxdur. Labüd bir şeydir. Burda planetar yeraltı bir qüvvə var".

Qarşıdakı müddət ərzində isə zəif təkanlarla olsa da Xəzərdə zəlzələlərin davam edəcəyi qaçılmaz hal sayılır. 


 




Sizin Reklam Yeriniz