Əlaqə Arxiv
news Image
2014.07.14
11:00
| A A A
Azərbaycan bazarında piratçılıq problemi
Eyyub Hüseynov: «Adətən vətəndaşlar aldıqları audio, video məhsulun keyfiyyətsiz olduğunu deyirlər» Osman Gündüz: «Bununla bağlı aiddiyyatı qurumlar, Müəllif Hüquqları Agentliyi, inzibati orqanlar tərəfindən atılan addımlar gücləndirilməlidir»

Azərbaycanda pirat məhsullarla bağlı hələ də bütün məsələlərin tam həllini tapdığını söylmək mümkün deyil. Bu gün kompüter proqramları, hissələri, audio və video yazıları ilə bağlı kifayət qədər pirat məhsullara rast gəlmək olar. Düzdür, Azərbaycan ilk dövlətlərdən biridir ki, piratçılığa qarşı qanun qəbul edib. Bu qanuna müvafiq olaraq cəza sistemi hazırlanıb və demək olar, bütün bazarda müəlliflik hüququ ilə qorunan obyektlər müvafiq nəzarət markaları vasitəsi ilə tənzimlənir. Nəzarət markasının olmaması 50 manat cəza sanksiyasını tələb edir. Bu sahədə əsas hədəf odur ki. piratçılığa qarşı mübarizədə Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olsun. Lakin indilikdə qeyd olunduğu kimi bazarlarda pirat məhsullara rast gəlinir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Mövqe.az-a açıqlamaında deyir ki, rəhbərlik etdiyi quruma da bununla bağlı vətəndaşlar tərəfindən tez-tez şikayətlər daxil olur: "Adətən vətəndaşlar aldıqları audio, video məhsulun keyfiyyətsiz olduğunu deyirlər. Azad İstehlakçılar Birliyi bununla bağlı iş görür. Mən dəfələrlə təklif etmişəm ki, Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi Müəlliflər Assossiasiyası yaradılsın. Pirat məhsullar satan istehsalçılarla mübarizə üçün çoxsaylı assossiasiyalar var. Bunlar Azərbaycanda da yaradılmalıdır".

Qeyd etmək lazımdır ki, pirat məhsulları geniş şəkildə yayılmasına səbəb istehlakçı tələbidir. Tələbat var ki, təklif meydana çıxır. Ona görə, istehlakçı maarifləndirilməsi aparılmalıdır. Dövlətin bu işə nəzarət edən qurumu çox fəal olmalıdır. Onlar ictimai təşkilatlarla, KİV-lə əlaqəli şəkildə çalışmalıdırlar.

Biz Azad İstehlakçılar Birliyi olaraq vətəndaşların ucuz və keyfiyyətli məhsul almasının tərəfdarıyıq. Təssüflər olsun ki, natural malları çox baha qiymət təklif edirlər. Məhsulların qiyməti pirat səviyyəsinə endirilməlidir ki, hər bir vətəndaş ala bilsin. Artıq pirat mallara ehtiyac qalmasın".

Eyyub Hüseynov deyir ki, təmsil etdiyi quruma Yaponiyadan Azərbaycana gətirilən məhsulların 50%-dən çoxunun saxta olması haqda məlumat daxil olub: "Mən təşəbbüs qaldırdım ki, dövlət orqanlarını cəlb etməklə monitorinq aparaq, Amma təəssüf ki, buna nail ola bilmədim".

İKT üzrə mütəxəssis Osman Gündüz də məsələ ilə bağlı Movqe.az-a müünasibət bildirib. Ekspert problemdən çıxış yolunu bu işə nəzarətin artırılmasında və eyni zamanda maarifləndirmə işlərinin aparılmasında görür: "Əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da piratçılığınn səviyyəsində son illərdə bir qədər azalma müşahidə olunsa da, yenə də yüksək olaraq qalır. Düşünürəm ki, bununla bağlı aiddiyyatı qurumlar, Müəllif Hüquqları Agentliyi, inzibati orqanlar tərəfindən atılan addımlar gücləndirilməlidir. Amma eyni zamanda maarifləndirmə, izahat işlərinin aparılması da düzgün olardı. Bunun zərərli tərəfləri, hansı nəticələr törədə biləcəyi haqda və s. istiqamətdə müəyyən izahedici maarifləndirməişlərinin aparılması lazımdır".

Qeyd edək ki, aparılan son araşdırmalara görə, piratçılıq üzündən bütün dünya musiqi bazarı hər il təxminən 4 milyard avro itirməkdədir. Bu rəqəm Yaponiya və ABŞ xaricindəki bütün ölkələrin hər birinin qanuni kaset satışlarından daha artıqdır. Bu gəlirin böyük bir qismi çirkli maliyyələşmə işlərinə sərf olunur. Pirat satışları son dönəmdə Yer kürəsində böyük bir artımla iki qata qədər artıb. Məsələn, adi müqayisə - 1999-cu ildə bu rəqəm 510 milyon dollar idisə, 2002-ci ildə 1.7 milyarda qədər artıb. CD-lərlə yanaşı, kasetlərin də saxta satışının geniş yayıldığını nəzərə alanda, pirat məhsullar bütün musiqi satışlarının 40 faizini təşkil edir.


Sizin Reklam Yeriniz