Əlaqə Arxiv
news Image
2014.07.15
14:25
| A A A
"Sovetski" sakinləri üçün bina tikiləcək

"Sovetski" sakinlərinin köçürülməsi ilə bağlı layihə hazırlanıb. 


Movqe.az-ın məlumatına görə, bu barədə açıqlamanı "Sovetski"nin sökülməsində ortalığı çıxan problemlərə bağlı keçirilən mətbuat konfransında şirkətlərindən birinin direktoru Nazim Səmədov deyib. 


Onun sözlərinə görə, bununla da sakinlərin problemlərdən uzaqlaşmasına kömək ediləcək. 


Şirkət rəhbərliyindən verilən məlumata görə, "Sovetsi" sakinləri üçün Bakıda, Gəncə prospektində yeni bina tikiləcək. 


"Bina T şəkilində olacaq. Binada 9 blok olacaq və hər blokda 6 məzil olacaq. Otaqlar geniş olacaq. Mənzillər "Sovetsiki" sakinlərinə 1 kvadrat metri 380 manatdan satılacaq. Bu bir sosial layihədir. Mənzillər təmirsiz təqdim olunacaq və sakinlər evlərə nəğd pul ödəməklə sahib ola biləcəklər. Mənzil sertifikatlarının verilməsi də nəzərdə tutulur". 


Qeyd edilib ki, hələlik yalnız sakinlərdən ərizələr alınır. "Bu layihə alınmaya da bilər. Bizə yalnız evləri sökülən "Sovetski" sakinləri müraciət edə bilərlər". 


Sizin Reklam Yeriniz