Əlaqə Arxiv
news Image
2012.07.06
20:19
| A A A
Makiyajı üzündən işdən qovuldu

Movqe.Az xəbər verir ki, İngiltərədə bir xəstəxanada təmizlik işçisi vəzifəsində çalışan qadın makiyajı üzündən işdən qovulub. Şirkətə qarşı məhkəmə iddiası qaldırmağa hazırlanan qadına görə "makiyajı" yalnız bir bəhanədir.

İngiltərənin Kembric şəhərində yaşayan Francine Siddavey onu misirli fironlara oxşadan makiyajı üzündən üç il yarım işlədiyi xəstəxanadakı işindən qovulub.

"Daily Mail" qəzetinə danışan Siddavey xəstəxananın bu günlərdə işçilərin azad edildiyini özünü də qovulduğunu, makiyajını isə bəhanə etdiklərini açıqlayıb.

28 yaşındakı Siddevey belə deyib: "Kimsə üçün görünüşmü dəyişdirməyəcəyəm. Makiyajım mənim zirehimdir. Bu şəkildə özümü rahat hiss edirəm. İdarəçilər makiyajımı narahat edici olduğunu deyirlər. Xəstəxanadakı hər kəs mənə kompliment deyərkən necə belə bir şey düşünürlər. Anlamıram."

Xəstəxana rəsmiləri Siddeveyi "Məntiqli bir xəbərdarlığa baxmayaraq tələb olunan davranışı nümayiş etdirməyi rədd etdiyi" üçün qovduqlarını bildirib.

Siddevey hüququnu qorumaq üçün məhkəməyə müraciət etməyə hazırlanır.

Sizin Reklam Yeriniz