Əlaqə Arxiv
news Image
2012.07.08
12:01
| A A A
Dənizə getdikdə saçlarınız...

Movqe.Az xəbər verir ki, saçlarımız yayda daha çox ziyan görür. Çünki günəş şüaları saçlarımızın quruluğuna səbəb olur. Saçlarımıza ən çox zərər isə dənizə getdikdə baş verir. Bizə elə gəlir ki, biz çölə çıxdıqda saçlarımıza heçnə olmur, lakin bu belə deyil. Saçlarımız üst qatı kutikula ilə örtülmüşdür və bu qat saçları zədələnməkdən qoruyur. Dənizin və günəşin təsiri nəticəsində kutikula qatı zədələnmiş olur və bu saçlarımızın haçalanmasına, parlaqlığının itməsinə və codlaşmasına səbəb olur.


Bəs bu problemi necə həll edək?

Zədələnmiş saçların çox qısa müddətdə aradan götürülməsinin ən rahat yolu saçların kəsilməsidir. Əlbəttə ki, bu yol uzun saçlı xanımların ürəyincə olmaya bilər. Dənizdən qayıdan zaman saçlarınız üçün yumlaşdıcı şampunlardan, uşaq şampunlarından istifadə edin. Bundan əlavə siz, başınızı yumamışdan 1-2 saat əvvəl saçlarınızaaloe ,kokos yağı, qoz yağı sürtə bilərsiniz. Bundan başqa siz saçların bərpası üçün satılan krem və spreylərdən istifədə edəb bilərsiniz.

Sizin Reklam Yeriniz