Yay mövsümünün başlanması ilə əlaqadar vətəndaşların istirahətini təbitəin səfalı yerlərində, meşəlik ərazilərdə keçirməsi hallarına daha çox rast gəlinməkdədir. Bu zaman isə xoşa gəlməyən hal odur ki, bəzi istirahət edənlər özləri ilə apardıqları yeməyin qalıqlarını, içkilərin butulkalarını hara gəldi ataraq oranı tərk edirlər. Əslində, bu halları şəhər yerlərində, yol kənarlarında, parklarda da görmək olar.
Ekoloq Telman Zeynalov Movqe.az-a
açıqlamasında bu halların qarşısının alınması üçün maarifləndirmə
işlərinin zəruriliyini vurğulayıb: "Mütəmadi olaraq bununla
əlaqədar mətbuatda məlumatlar getməlidir. Maarfiləndirmə
aparılmalıdır ki, insanlar təbiətə necə münasibət bəsləməlidir. Hər
kəs öz borcunu bilməlidir ki, təbiəti qorusun, çirkləndirməsin. Həm
özü qarşısında, həm cəmiyyət qarşısında, həm də elə öz övladları
qarşısında vətəndaşlıq borcu deyilən anlayış var. İnsan anlamalıdır
ki, mən yeyib-içirəmsə, təbiətdə istirahət edirəmsə, zibilləri də
özümlə aparıb atmalıyam. Meşəni çirkləndirən zibilin təbiətdə hansı
müddətə parçalanacağı, nə kimi fəsadlar yaradacağı bilinmir".
Ekoloq hesab edir ki, məsələyə qanunvericilik səviyyəsində nəzarət olunmalıdır: "Kimsə haradasa yaşıllığı çirkləndirirsə, qeydiyyata alınsın, kameralara düşsün, polis şəkil əsasında şəxsi tapıb minimum 50 manat məbləğində cərimə eləsin. Yalnız bu yolla problemin qarşısını almaq mümkündür".
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq
Salmanov isə Movqe.az-a bildirib ki, nazirlik artıq yay mövsümü ilə
əlaqədar gücləndirilmiş iş rejiminə keçib: "Havaların isti və quraq
keçməsi ilə əlaqədar həm mərkəzi aparatda, həm də regionlardakı
müəssisələr tərəfindən çoxsaylı reydlər keçirilir. Həm yanğın
təhlükəsizlik qaydalarının əməl edilməsinə nəzarət həyata
keçirilir, həm də meşələrdə sanitar qaydalara riayət edilməsinə".
Sektor müdiri deyib ki, antisanitariya halına görə cərimələr də nəzrədə tutulur: "Ümumiyyətlə, yay mövsümündə meşə ərazilərinə daha çox üz tuturlar. Ona görə də, biz də gücləndirilmiş iş rejiminə keçərək əhali arasında ciddi maarifləndirmə işləri aparırıq. Və qeyd edim ki, əvvəlki illərə nisbətən indi meşələrdə sanitar qaydalara daha çox riayət olunur. Riayət olunmadığı hal aşkarlanarsa, cərimə sanksiyaları nəzərdə tutulur. Cərimələrin miqdarı isə, çirklənən ərazidən asılı olaraq dəyişir. 500-1000 manata qədər cərimə tətbiq oluna bilər. Konkret hal üçün konkret cərimələr müəyyənləşdilir".
On uda qeyd edək ki, yasilliqlari zibilləmək, onları bu cür vəziyyətə gətirmək birmənalı şəkildə mədəniyyətsizliyin göstəricisidir. İstər Bakıda, istərsə də paytaxtdan kənarda abadlaşma, yaşıllıqların salınması və qorunması üçün milyonlarla vəsait ayrılır. Lakin sağlamlığımızın təminatçısı olan yaşıllıqları zibilləmək sadəcə mədəniyyətsizliyin göstəricisi sayıla bilər. Bu rada on ud axatırladaq ki, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun layihəsi ilə bağlı uzun zaman danışıqlar getsə də, qanunun qəbulu nədənsə gecikir. Problemin qanun səviyyəsində həllinə isə ciddi ehtiyyac var. İnkişaf etmiş ölkələrdə yaşıllığa, ağaclara münasibətin fonunda ölkədə bəzi vətəndaşların yaşıllıqlara münasibəti isə utancvericidir. Bu halın aradan qaldırılması isə olduqca zəruridir. Ən azından öz sağlamlığımız baxımından bu, çox önəmlidir. Hər halda məsələyə geniş ictimaiyyətin də diqqət ayırması olduqca önəmlidir.