Nərimanov rayonunda 2 nəfər liftdə qalıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar
telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov
rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər
köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin
müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə
yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki,
lift texniki nasazlıq səbəbindən ikinci mərtəbədə dayanmışdır.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət
və avadanlıqlar vasitəsilə lifti üçüncü mərtəbəyə qaldırmış və
qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait
yaratmışlar. Əməliyyat saat 17:10-da başa
çatmışdır.