“Xoca” filmi "Qızıl portağal" film festivalına təqdim edildi
Movqe.Az xəbər verir ki, "Xoca" filmi oktyabrın 6-dan 12-nə qədər Türkiyədə keçiriləcək 49-cu Antalya Beynəlxalq "Qızıl portağal " film festivalının seçim komitəsinə təqdim olunub.
Qeyd edək ki, "Xoca" filminin
festivalda iştirakı ilə bağlı son qərar seçim komitəsinin avqust
ayında çıxaracağı yekun rəyə əsasən müəyyən
ediləcək.
"Qızıl portağal" dünyanın nüfuzlu film festivallarından biri hesab
edilir. Hər il burada dünyanın məşhur kino xadimləri və
ulduzları iştirak edir.
Xatırladaq ki, filmin rejissoru Vahid
Mustafayevdir.
Türkan Nadirqızı
Movqe.Az