Alergiyanının qripdən fərqi
Bu xəstəlikdən özümüzü necə qoruyaq?
Azərbaycanda ən çox
yayılmış xəstəliklərdən biri rinitdir. Bu haqda terapevt-alerqoloq
Aytən Kazımova məlumat verdi.
Həkimin sözlərinə
görə bu xəstəlik ən çox yaz, mart-aprel aylarında üzə çıxır. Elə
olur ki, payız aylarınadək xəstəlik davam edir. Bu xəstəlik
imunitetin zəifləməsi və bitkilərin çiçəklənməsiylə bağlıdır.
Alergik rinit selikli qişanın iltihabı ilə
bağlıdır.
Bu xəstəlikdən
əziyyət çəkənlərdə, adətən nəfəs almaq çətinləşir, tez-tez asqırma
halları olur, gözlərdə yaşarma halları müşahitə edilir.
Çox vaxt insanlar
allergik riniti qriplə səhv salırlar, və bu səbəbdən də, lazımi
müalicəni etməyə gecikirlər.
"Əgər insanda
gicişmə, gözlərdə yandırma halları, göz yaşarma varsa, bu rinitin
ilkin əlamətləridir. Bir çoxu oftamotoloqa müraciət edirlər. Bu isə
vaxt itkisinə səbəb olur. Riniti vaxtında və düzgün müalicə
etməsək, sonradan bronxial astmaya səbəb olur.
Azərbaycanda bu
xəstəlikdən ən çox böyüklərimiz əziyyət çəkir. Adətən bu 25-50 yaş
arası insanlar olur. Azərbaycanda bu gün alergiyadan əziyyət çəkən
insanların müalicəsi üçün ən müasir üsullardan istifadə olunur.
Misal üçün ən çox istifadə olunan üsullardan biri
immunoterapiyadır", - A.Kazımova dedi.
Türkan
Nadirqızı