Əlaqə Arxiv
news Image
2012.07.14
12:19
| A A A
Almaniyada hər 5 nəfərdən biri tək yaşayır

Movqe.az xəbər verir ki, Almaniya Federal Statistika Dairəsinin icra etdiyi araşdırmaya görə ölkədə hər 5 nəfərdən biri tək yaşayır. Palatanın sədri Roderik Egeler yaşlıların üçdə birinin, 18 və 34 yaş arası insanların isə dörddə birinin tək yaşamağa məhkum olduğunu söyləyib. Egeler həmçinin, Almaniyada hər üç evlilikdən birinin boşanmayla nəticələndiyini ifadə edərək, 2011-ci ildə 187 min 600 cütün boşandığını qeyd edib. Statistikalar xüsusilə böyük şəhərlərdə insanların tək başına yaşadığını göstərir. Tək yaşayan orta yaşlıı kişilərin 17 faizinin sosial yardım ilə dolanışığını təmin etdiyini ifadə edən Egeler bu nisbətin yalnız yaşamayan eyni yaşdakı kəslərlə müqayisədə üç qat daha çox olduğunu vurğulayıb.

Sizin Reklam Yeriniz