İşığa borcu olanlar qaranlıqda qalacaq
"Bakıelektrikşəbəkə" ASC borcu olan abonentlərə
xəbərdarlıq edib. Movqe.az-in məlumatına
görə, "Bakıelektrikşəbəkə" ASC elektrik enerjisinə görə yaranmış
borcun 13 sentyabr 2014-cü il saat 12:00-a qədər ödənilməsini xahiş
edib.Belə ki, elektrik enerjisindən
istifadəyə görə debütor borcu yaranmış əhali və qeyri əhali
abonentlərin (idarə, təşkilat, müəssisələr) elektrik enerjisi
təchizatı 13 Sentyabr 2014-cü il tarixdə, saat 12:00-dan etibarən
müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada
dayandırılacaq. Qeyd olunan müddətdə
borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir
güzəşt edilmədən dayandırılacaq və borc ödənilsə belə təkrar
şəbəkəyə qoşulması 24-saatdan sonra mümkün
olacaq. Elektrik enerjisindən istifadə
ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış
abonentlərin Borc ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik
enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə
sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan
Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları
üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər
görüləcək.