Xarici investisiya hər bir ölkə iqtisadiyyatında mühüm rol oynayır. Bu baxımdan, dünyada xarici sərmayələri artırmaq, ölkəyə cəlb etmık üçün müxtəlif stimullaşdırıcı addımlar atılır. Qonşu Türkiyə də bu yaxınlarda əksər ölkələrdə tətbiq olunan vətəndaşlıq sisteminə keçib. Belə ki, qəbul olunan yeni "Türkiyə vətəndaşlıq qanunu"na görə, Türkiyəyə sərmayə yatıran əcnəbilərə ölkədə vətəndaşlıq verilməsi qaydalarının sadələşdirilməsi nəzərdə tutulur.
Azərbaycanda da ölkə iqtisadiyyatına xarici sərmayədarların cəlbi baxımından belə bir anoloji təcrübənin tətbiqi məqsədəuyğun hesab edilir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin
sədri Vüqar Bayramov Movqe.az-a bildirib ki, bu təcrübə
dünyada ilk dəfə Kanadada tətbiq olunub: "Kanada qanunvericiliyinə
görə, bura investisiya yatırmaqla vətəndaşlıq almaq mümkündür.
Bunun üçün qoyulan hədd əvvəl 200 min dollar idisə, indi
artırılaraq 500 min dollara qaldırılıb. Burda məqsəd ölkəyə
daha çox xarici investisyanın cəlb olunmasına nail
olmaqdır".
İqtisadçı artıq geniş yayılan bu sistemin ölkəmizdə tətbiqini məqbul sayır: " Biz Azərbaycanda da oxşar təcrübənin tərəfdarıyıq. Bu, birmənalı şəkildə imkan verəcək ki, ölkəyə daha çox investisiya yönləndirmək mümkün olsun. Nəzərə alsaq ki, Azərbaycanda da vətəndaşlıq alımaq istəyən şəxslər kifayət qədər çoxdur və bu fonda sözügedən təcrübə investisiya yatırılması baxımından daha effektli paya malik ola bilər".
Ekspert Azər Allahverənov isə heab
edir ki, bu gün Azərbaycanda vətəndaşlq sisteminin tətbiq
edilməsinə zərurət olmasa da, gələcəkdə əcnəbilərə sərmayə
qarşılığında vətəndaşlıq verilməsi məsələsi olarsa, bu hal sərmayə
qoymaq istəyənlərin sayının artmasına səbəb olacaq: "Türkiyə və
başqa dünya ölkələrinə tətbiq olunan bu sistem üçün hər ölkədə
fərqli hədd qoyulur. Əgər hər hansı bir şəxs bu ölkənin
iqitisadiyyatının inkişafı naminə müəyyən həcmdə sərmayə yatırırsa,
ona vətəndaşlıq verilməsi sadələşdirilir. Çox insanlar həmin
imkandan yararlanırlar. Xüsusilə də biznes əlaqələri quran, biznes
yaratmaq istəyən şəxslər böyük sərmayə qoymaqla asanlıqla ölkə
vətəndaşlığını alırlar. Azərbaycanda bu məsələ hardasa gündəmdə
var, söhbətlər aparılır. Azərbaycan təbii ki, xarici vətəndaşların
sərmayə qoyuluşunda maraqlıdır. Amma hal-hazırda Azərbaycan
iqtisadiyyatına sərmayə qoymaq istəyən və burda vətəndaşlıq almaq
istəyən insanlar düşünmürəm ki, çoxdur. Buna rəğmən,
ölkəmizdə sözügedən sistem tətbiq olunsa, buna düşünürəm ki,
istər-istəməz sərmayə qoymaq istəyən insanların sayı da artarsa,
bu, ölkə iqtisadiyyatına xeyir gətirər. Məsələnin digər
tərəfi də var ki, bu zaman ölkədə əcnəbi vətəndaşlar artacaq. Amma
bu məslələr bizdə yalnız ideya şəklindədir. Əslində, mən hesab
edirəm ki, hazırda ölkəmizdə buna elə ciddi zərurət yoxdur.
Azərbaycan iqtisadiyyatı hazırda inkişaf edir. Ölkə özü də başqa
dövlətlərə yatırımlar edir. Bura həm Türkiyə, həm də mərkəzi
və qərbi Avropa ölkələri daxildir. Lakin bu gün zərurət
olmasa da, gələcəkdə əcnəbilərə sərmayə qarşılığında vətəndaşlıq
verilməsi məsələsi reallaşarsa, düşünürəm ki, bu hal sərmayə
qoymaq istəyənlərin sayının artmasına səbəb olacaq".