Əlaqə Arxiv
news Image
2014.09.25
17:34
| A A A
Hamilə qadınlar suda doğuşa maraq göstərəcəklər

Suda doğuş digər klassik doğuş növünə baxdıqda daha təbii sayılır.

Movqe.az hafta.az-a istinadən xəbər verir ki, bunu RDM-in mama ginekoloqu İlahə Quliyeva deyib.

O deyib ki, ona görə ki, ana bətnində uşaq dölyanı maye ilə əhatələnir:

"Dölün birdən-birə maye mühitdən quru mühitə çıxması döl üçün artıq stressdir. Yəni mühit fərqidir. Lakin suda doğuş zamanı döl maye mühitdən sulu mühitə çıxır. Belə olduqda isə suyun temperaturu səs, işıq parametrləri ana bətni ilə müqayisədə çox yaxındır. Belə olduqda yeni doğulmuş doğum stressi yaşamır və daha yaxşı adaptasiya edir".

Genekoloq deyib ki, bundan başqa təbii klassik doğumlardan fərqli olaraq suda doğum zamanı ağrı daha az olur:

"Yəni hamilə qadın daha az ağrı hiss edir. Və doğumun dövrlərini daha konfortlu şəraitdə həyata keçirirlər. Bu doğuş növü 2 ildir ki, aparılır və bu günə kimi 450-dən çox doğuş bu üsulla həyata keçirilib. Həkim tərəfindən təbii doğuşa göstərişli hər bir passient suda doğuş həyata keçirə bilər.

Sizin Reklam Yeriniz