Əlaqə Arxiv
news Image
2014.09.29
10:55
| A A A
Sosial şəbəkələr üzündən dağılan ailələrin sayı artır
Elnur Rüstəmov: «Əsas faktor olmasa da, indi sosial şəbəkələr boşanmalarda müəyyən rol oynayır»

Son illərdə ölkəmizdə boşanma hallarının artan xətt üzrə inkiaşf etməsi getdikcə daha çox diqqət mərkəzinə gəlməkdə və ciddi narahatlıq predmetinə çevrilməkdədir. Bu xüsusda həyaat keçrilən məhkəmə işlərinin analizləri  göstərir ki, müxtəlif amillərlə yanaşı, sosial şəbəkələrin də boşanmalarda rolu hələ də az deyil.  Hesab olunur ki, ailələrdə konfliktli hallarının artmasında sosial şəbəkələrin rolu böyükdür. Xüsusən də qadınların həyat yoldaşlarının xəbəri olmadan sosial şəbəkələrdən istifadə, qurulan dostluq və digər ünsiyyət sonda ciddi ixtilafa gətirib çıxarır. Eyni zamanda kişilərin də analoji addımları həyat yoldaşları tərəfindən müsbət qarşılanmır.  

Tanınmış psixoloq Elnur Rüstəmov hesab edir ki, nəinki sosial şəbəkələr, ümumiyyətlə, internet insanları bir-birindən uzaqlaşdırır.

Bu da ailədaxili münasibətlərin boşanma ilə nəticələnməsinə səbəb olan faktorlardan biridir: "Əsas faktor olmasa da, indi sosial şəbəkələr  boşanmalarda müəyyən rol oynayır. Əsas faktor kimi götürəndə isə, nəinki sosial şəbəkələr, ümumiyyətlə, internetin özünü qeyd etməliyik. Çünki bu gün bütövlükdə internet insanlar arasında ünsiyyət problemi yaradır. Xüsusən də cütlüklər arasında. Əgər illər əvvəl ər-arvad daha çox canlı ünsiyyətdə olurdularsa, bir-birinin dərdinə şərik olur, bir-birinin əhvalı ilə maraqlanırdılarsa, müasir dövrdə artıq internet cütlüklər arasında böyük bir boşluq yaradıb. Canlı ünsiyyət azaldıqca, insanların bir-birindən gözləntiləri artmağa başlayır. İnsanlar bir-biri ilə normal canlı ünsiyyət qurmadıqlarından, ailədaxili konfliktlər həll olunmamış qalır. Xırda bir detal belə böyük problemə çevrilə bilir. Anlaşılmazlıq zaman keçdikcə böyüyüb ailələrin dağılmasına səbəb olur. Bu gün internetə çıxışı olan hər insan saatlarla orda rahat vaxt keçirə bilər. Bununla insanlar öz içindəki mənəvi boşluğu "doldurmağa" çalışırlar. Bu da zaman keçdikcə münasibətlərdə çox böyük partlayışa səbəb olur. Ailənin dağılmasına qədər gedib çıxır. Ümumən boşanma səbəblərinə baxanda burda sosial şəbəkələr var, bötüvlükdə internetin özü var, ailədə kişi ilə qadın arasında gözləntilərin fərqli olması var və s.   Bütün bunlar ailədaxili münasibətlərin pozulmasına və nəticədə ailələrin dağılmasına gətirib çıxarır". 

Psixoloq boşanmalara səbəb olan digər amillərdən də danışdı: "Həm də elə məqamlar var ki, adətən ona toxunulmur. Məsələn, ailələrdə intim münasibətlərin düzgün tənzimlənməməsi. Bu da zaman keçdikcə ailədaxili münasibətlərdə çox böyük boşluqlar yaranmasına gətirib çıxarır. Hələ 20-ci əsrin əvvəllərində alman mütəfəkkiri, psixoterapevt  Karl Yaspers qeyd edirdi ki, zaman gələcək, insanlar intimlə məşğul olmaqdan daha çox onun haqda danışmağı sevəcəklər. Bunu 20-ci əsrdə desə də, bu günə aiddir. Bu gün ailələr arasında münasibətlərin pozulmasına səbəb olan amillərdən biri di budur. 

Digər bir tərəfdən ailədaxili münasibətlərin pozulmasına təsir edən kənar faktorlar var. Qaynana, qaynata, baldız müdaxiləsi ailələrdə münasibətlərin korlanmasına səbəb ola bilir. Bunlar kompleks şəkildə nəzərdən keçirilməli, aradan qaldırlmalıdır".

Psixoloq ailələrdə tərəflər arasıda şəffaflıq, güvən yaratmaq üçün sosial şəbəkələrdən istifadə zamanı tərəflərin bir-birinin şifrələrini bilmələrini məsləhət görür: "Sosial şəbəkələrdən istifadəyə gəlincə isə, yaxşı olardı ki, tərəflər hər ikisi bir-birinin şifrələrini bilsinlər. Bu, insanlarda həm məsuliyyət yaradar, həm də güvən. Ümumiyyətlə, ailə qurulandan sonra orada yalnız bir şəxsə aid olan, özəl heç nə ola bilməz. Hər şey iki nəfərlikdir. Məsələn, ər-arvad bir-birlərinin elektron poçt ünvanının şifrələrini də bilməlidirlər. Əgər bu güvən yaradacaqsa, bu metoddan istifadə eləmək olar. Düşünürəm, birinci növbədə bu şəffaflığı yaratmaq lazımdır". 


Sizin Reklam Yeriniz