Əlaqə Arxiv
news Image
2014.10.09
16:25
| A A A
Bakıda istiliyin verilməsi tezləşdirilə bilər-Özəl
Bakıda yaşayış binalarına, eləcə də təhsil, səhiyyə müəssisələrinə istiliyin verilişi tezləşdirilə bilər. Bu barədə Movqe.az-a"Azəristiliktəhcizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevməlumat verib. R. Əliyev bildirib ki, müvafiq sərəncama əsasən istiliyin verilməsinə noyabr ayının 15-dən başlanılır: "Lakin bu tarix paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti başçısının, rayonlarda isə yerli icra başçılarının sərəncamlarına əsasən hava şəraitinə uyğun dəyişdirilə bilər. Qanunla üç gün ardı- ardına orta günlük temperatur 6 dərəcədən aşağı olarsa istiliyin verilməsinə başlanıla bilər. Hələki paytaxtda bu hava şəraiti müşahidə olunmadığından sərəncam verilməyib".
Sizin Reklam Yeriniz