Əlaqə Arxiv
news Image
2014.10.09
16:47
| A A A
Bakı Slavyan Universitetində Misir mədəniyyət günü

   Oktyabrın 9-u Bakı Slavyan Universitetində Misir mədəniyyət günü keçirildi. Movqe.az xəbər verir ki, tədbiri açan ali təhsil müəssisəsinin rektoru, prof. Asif Hacıyev qonaqları salamlayaraq, universitetdə ərəb dili və mədəniyyətinə olan böyük marağın olduğunu söylədi: "Bu gün Bakı Slavyan Universitetində Misir mədəniyyət gününə həsr olunmuş maraqlı tədbir keçirilir. Universitetimizdə Avropa ölkələri ilə yanaşı, Şərq ölkələrinin mədəniyyəti və dilləri yüksək səviyyədə tədris olunmaqdadır. Hal-hazırda bu universitetdə ərəb dili müəyyən qruplarda tədris edilir." Ərəb dilinin tədrisi istiqamətində təhsil proqramlarının gələcəkdə daha da genişləndiriləcəyini vurğulayan rektor, tədbir iştirakçılarına Qatar, İraq, Liviya, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Fələstin Muxtariyyəti səfirliklərinin nümayəndələrini təqdim etdi. Misir Ərəb Respublikasının müvəqqəti işlər üzrə Azərbaycandakı vəkili Haitham Galal öz çıxışı zamanı son 15 ildə Azərbaycanda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin gördüyü işlərdən bəhs edərək bilidirdi ki, adı çəkilən mərkəzin fəaliyyəti ərəb mədəniyyətini, adət-ənənələrini, bu dildə tərcümə olunmuş kitabları Azərbaycan və digər ölkələrin xalqlarına tanıtmaqla böyük  uğurlara imza atıb. Tədbirdə, həmçinin Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydy, AMEA-nın şöbə müdiri İmanverdi Həmidov, Azərbaycan Dillər Universitetinin professoru Məhəmmməd Teymur çıxışlarında belə tədbirlərin təşkilinin həm Azərbaycan, həm də ərəb mədəniyyətlərinin qarşılıqlı təması, dünyada geniş yayılması üçün əhəmiyyətini qeyd etdilər. Misir mədəniyyət günü devizi altında təşkil olunan tədbir Misir Ərəb Respublikasının Ərəb Musiqisi Ali İnstitutunun tələbələrinin, "AYTAM" İctimai Birliyinin üzvləri, Bakı Musiqi Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti tələbələrinin özfəaliyyət dərnəkələrinin Azərbaycan və ərəb dillərində hazırladıqları musiqi nömrələrindən ibarət konsert proqramı ilə davam etdirildi. Tədbir çərçivəsində universitetin akt zalında Misir mədəniyyətini əks etdirən maraqlı sərgi nümayiş olundu.

Sizin Reklam Yeriniz