Əlaqə Arxiv
news Image
2014.10.09
17:10
| A A A
Azərbaycanda təhlükəli virusla bağlı monitorinq keçiriləcək

Oktyabrın 20-də "quş qripi" xəstəliyinə görə cari ilin növbəti monitorinqinə start veriləcək. Bu barədə Movqe.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli məlumat verib. Monitorinq zamanı köçəri quşların məskunlaşdığı və müəyyən edilmiş bütün ərazilərdən seçmə üsulla quşlar ovlanacaq, onlardan nümunələr götürüləcək. Eləcə də ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan ev quşlarından götürülən qan və patoloji materiallar müayinə üçün laboratoriyaya təqdim ediləcək.Bütün nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr oktyabrın 31-də ictimaiyyət üçün açıqlanacaq.DBX xüsusi olaraq vurğulayır ki, hazırda "quş qripi" xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün xidmət aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Sizin Reklam Yeriniz