Əlaqə Arxiv
news Image
2012.07.18
14:43
| A A A
Gəncə Dövlət Universitetində yeni ixtisas açılır
Movqe.Az xəbər verir ki, Gəncə Dövlət Universitetində turizm üzrə yeni ixtisas açılacaq. 

2012-2013-cü tədris ilində universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin nəzdində yeni bir peşənin - turizm ixtisasının açılması gözlənilir. Yeni ixtisasın açılmasında əsas məqsəd bölgənin turizm potensialının mövcudluğunu nəzərə alaraq, bu sahədə mütəxəssis hazırlığını təmin etməkdir. Yeni tədris ilindən fəaliyyət göstərəcək bu ixtisasda 20 tələbənin təhsil alacağı gözlənilir. Hazırda universitetdə 8 fakültə üzrə 4 mindən artıq tələbə təhsil alır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz