Azərbaycanda 4 nəfər ağır yaralandı
Movqe.Az xəbər verir ki, Bakı-Şamaxı yolunda baş verən 2
avtomobil qəzasında 4 nəfər ağır xəsarət alıb. Bakının Nərimanov rayonunda
yaşayan 1982-ci il təvəllüdlü Rəcəbova Zeynəb Yaqub qızının idarə
etdiyi 90-FX-707 dövlət nömrə nişanlı "İnfiniti FX 35" markalı
avtomobil qarşı tərəfdən gələn Şamaxı sakini, 1971-ci il təvəllüdlü
Alıyev Vüqar Alı oğluna məxsus 10-UV-595 dövlət nömrə nişanlı
"Mercedes-180" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də "Mercedes"dəki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Şamaxı sakini, 1979-cu il təvəllüdlü Osmanov Rəşad Sultan oğlu isə 56-BE-771 dövlət nömrə nişanlı "VAZ 21043" markalı avtomobili yüksək sürətlə idarə edərkən yoldan çıxararaq maneəyə çırpıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Hadisələr ilə bağlı araşdrımalar aparılır.
Türkan Nadirqızı
Movqe.Az