Əlaqə Arxiv
news Image
2012.07.18
17:12
| A A A
Ramazanda düzgün qidalanmaq üçün 8 təklif
Ramazanda düzgün qidalanmaq üçün 8 təklif

1. Axşamları 1 saat tez yatağa gedin, amma sahura mütləq qalxın. Sahur edilmədən oruc tutulduğu təqdirdə ac qalma müddəti artır, metabolik sürət düşür, halsızlıq, baş ağrısı, yorğunluq və diqqət azalmaları olur. İftarda həddindən artıq qida qəbulu və gün ərzində qan şəkərinin düşməsini maneə olmaq üçün sahurda qida dəyəri yüksək qidalar qəbul edin.

2. Sahur süfrənizdə çiy tərəvəzlər, meyvə və kompot mütləq olsun. Həzmi asanlaşdıran, mədə - bağırsaq sistemində uzun müddət qala bilən lif yaradan tərəvəz, meyvələrdən yeyin. Sahur üçün ən ideal qidalar zeytun, pendir, yumurta, kəpək çörəyi, tərəvəzlər, süd, qatıq, meyvə, meyvə kompotlarıdır.

3. Çox zamanda az yemək yeyin. Az-az və tez-tez bəslənin. Yeməyi tələsik yeməyin.

4. İftarla sahur arasında 2 dəfə dincəlməyə çalışın.

5. Qatıq və ayran iftar süfrənizdən əksik olmasın. Orucunuzu su və xurmayla açdıqdan sonra şorba və salat kimi yüngül qidalar qəbul edin. Ana yeməyə keçmədən əvvəl 5-10 dəqiqə ara verməyiniz mədənizi rahatlaşdırar və daha az yemənizi təmin edər. Ana yeməkdə kalsium baxımından zəngin olan qatıq, ayran qəbul etməyin də unutmayın.

6. Meyvələrdən hazırlanan şirələrdən için.

7. İftar və sahur arasında 10 stəkan su için. Su itkisinin qarşısını almaq üçün xüsusilə səhurda maye qəbuluna əhəmiyyət verin. Maye itkisini qarşılamaq üçün sudan əlavə ev şəratitində hazırlanmış meyvə şirələri, şəkərli limonatalar, ayran için.

8. Yağlı və duzlu qidalardan qaçın. Onlar bədəndəki şişkinliyi artırır.

Tural QABİLOĞLU   

Sizin Reklam Yeriniz