Əlaqə Arxiv
news Image
2014.10.18
08:11
| A A A
Bazarlarda xaosa dönən ticarət
İmran Abdullayev: “Hazırda satış yerlərinin adı bazar olaraq qalsa da, mənzərə tamam dəyişib” Sevgim Rəhmanov: “Bazarların təyinatını göstərən qanun yoxdur”

Geyim üçün alınmış hansısa məhsuldan qida qoxusu gəlirsə, bu, ilk növbədə onun Bakı bazarlarından alındığına işarə edir. Məsələ bundadır ki, ölkəmizdə fəaliyyət gösərən bazarların birçoxunda qeyri-ərzaq məhsullarının satıldığı ərazidə, həm də ərzaq məhsulunu ala bilirik. Yolu Bakı bazarlarındandüşən hər kəs bunun şahidi ola bilər. Elə regionlarda da bazarlarda eyni halın şahidi olmaq mümkündür. Beləliklə, bazarlarımız təyinatına yox, adına uyğun fəaliyyət göstərir. Bu isə ilk növbədə sanitar qaydaların pozulması deməkdir. Ancaq ədalət xatirinə deyək ki, ixtisaslaşmış satış mərkəzləri də az deyil.

Məsələ ilə bağlı "Mövqe"yə açıqlama verən Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev bildirdi ki, hazırda dünyada bazar anlayışı yoxdur: "Bu termini ticarət əvəz edib. Bazar Sovet dönəmində vaxtı var idi. O vaxtı da bazarın özünün sanitar qaydaları olub. Onda ərzaq ticarəti haqqında qaydalar mövcud idi. Bazarlara əhali tərəfindən yetişdirilən məhsul da daxil ola bilərdi. Müvafiq nazirlik tərəfindən təşkil edilmiş lobaratoriyalardan yoxlamadan keçib bazara buraxıla bilərdilər. Hazırda da həmin lobaratoriyalardan var. Əhali tərəfindən yetişdirilən məhsul bazara daxil olması üçün bazar sahibi onları təmin etməli idi. Hazırda satış yerlərinin adı bazar olaraq qalsa da, mənzərə tamam dəyişib. Onların heç biri bazar statusunda deyil. Hüquqi cəhətdən adları ticarət mərkəzləridir. Ticarət mərkəzidirsə, ərzaq üçün satış yeri varsa, orada ərzaq mağazasının qaydaları tətbiq olunur. Ora məhsullar daxil olması üçün müvafiq sənədlərlə sənədləşdirilib gətirilə bilər. Bundan başqa, vətəndaşların özləri də istehsal etdikləri məhsulları həmin ticarət mərkəzlərinə gətirə bilərlər. Amma bütün hallarda sanitar qaydaların qorunması aktual məsələdir. Bakıdakı "8-ci kolimetr" bazarında ət, süd, məhsullarının satışına şərait olmadığına görə, onların satışı tərəfimizdən qadağan edilib və bazar sahibi cərimə olunub. "Təzə bazar", "Yaşıl bazar" kimi satış məntəqələrində də cərimə halları olub. Bütövlükdə ticarət mərkəzlərinin gigiyena qaydaları ticarət obeyktlərinin gigiyena qaydaları ilə eyniləşdirilməlidir. İçəridə bütün növ məhsullar üçün müvafiq şərait yaradılmalıdır. Bir də burada ən böyük problem soyuq mühitdir. Yəni, tez xarab olan məhsullar üçün soyuq mühit yaradılmalıdır. Bütün növ məhsullar üçün müvafiq şərait yaradılarsa, onların satışına heç bir problem yoxdur".

Tacilər və Istehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov isə problemin kökünü qanunvercilikdə görür: "Hər bir fəaliyyət növünün proqramı, əsasnaməsi olmalıdır. Bu əsasnamlər də hansısa bir qanuna söykənməlidir. Azərbaycanda ticarət haqqında qanunun və ondan çıxarışlar yoxdur. Söhbət bazardan gedirsə, bazarların işləmə qaydalarının olmaması, fəaliyyət növlərinin göstərilməməsi sonda bazarların təyinatını müyyənləşdirməyə imkan vermir. Yəni, bazarların təyinatını göstərən qanun yoxdur".

Sevgim Rəhmanov əlavə etdi ki, qanun olmadığına görə də, satıcılar hər biri özü bildiyi kimi fəaliyyət göstərirlər: "Eyni zamanda bu gün bir çox bazarlarda dövlət tərəfindən tərəzilər verilmir. Bundan başqa, tərəzilər ildə bir dəfə standartlaşdırmadan keçməlidir. Satıcıların çoxunun tibbi arayışının olmaması isə problemin digər tərəfidir. Ancaq dünyada praktikasında bazar fəaliyyəti belə deyil. Bu fəaliyyəti tənzimləyən qaydalar mövcuddur. Bizdə isə monitorinq keçirilərsə, söykəniləcək qanun yoxdur".

Sizin Reklam Yeriniz