Əlaqə Arxiv
news Image
2014.10.20
11:03
| A A A
İstanbuldakı aeroportlardan birində sərnişinlərin qeydiyyatı sistemindəki nasazlıq aradan qaldırılıb

Oktyabrın 20-də səhər Türkiyənin Atatürk Hava Limanında sərnişinlərin qeydiyyatı və aviabiletlərin onlayn satışı sistemlərində texniki problem yaranıb. Movqe.az xəbər verir ki, bu barədə bazar ertəsi "Kanal7" telekanalı məlumat yayıb.

Texniki problemlərlə əlaqədar bir sıra daxili və beynəlxalq reyslərin təxirə salındığı bildirilir.

Telekanalın məlumatına görə, sistemdə yaranmış problemləri yalnız iki saatdan sonra aradan qaldırmaq mümkün olub. Hazırda aeroportda sərnişinlərin qeydiyyatı ştat rejimində həyata keçirilir.

Sizin Reklam Yeriniz