Gəncədə dəhşətli qətl: nəvə nənəsini öldürdü

Qeyd edək ki, tədqiqatlar zamanı iyulun 10-da Gəncədə baş verən qətlin üstü açılıb. Aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, 72 yaşlı Zemfira Məmmədovanı azyaşlı nəvəsi rəfiqəsi ilə birgə öldürüb.
Qadını öldürdükdən sonra azyaşlı qatillər onun üzərindən qızıl-zinət əşyalarını və evdən 650 manat pulu götürərək Bakıya qaçıblar. Lakin polis qızların izinə düşərək onları yaxalayıb. İstintaq davam edir.
Türkan Nadirqızı
Movqe.Az