Əlaqə Arxiv
news Image
2014.10.23
09:12
| A A A
Taksilər yenə dayanacaqları zəbt edir
Mahmud Hacıyev: “Mütəmadi olaraq tədbirlər görüllməli, həm də cərimələr artırılmalıdır” Azər Allahverənov: “Taksilərin dayanmaları üçün xusisi yerlər ayrılmalıdır”

Azərbaycanda hələ də ictimai nəqliyyatın təyin olunmuş dayanacaqda durması ciddi problem olaraq qalır. Bunun səbəblərindən biri də odur ki, bəzi hallarda digər nəqliyyat vasitələri, xüsusən də taksilər avtobus dayanacaqlarını zəbt edirlər. Bunun nəticəsidir ki, bir sıra hallarda avtobuslar maşını dayanacaqdan kənar ərazilərdə saxlamaq məcburiyyətində qalır. Belədə isə qəza təhlükəsi də artır. Taksilərin avtobus dayanacaqlarında saxlanılmaması üçün aydiyyaytı qurumlar tərəfindən müəyyən tədbirlər görülsə də, məsələ hələ də öz həllini tapmır. Əksinə, bu tədbirlər səngiyən kimi, əvvəlki vəziyyət yenidən təkrarlanır.

Sabiq polis polkovniki Mahmud Hacıyev problemdən çıxış yolunu cərimələrin artırılması və tədbirlərin mütəmadi xarakter almasında görür: "Taksilər avtobus dayanacağında saxlamaqla həm qaydaları pozur, həm də piyada və nəqliyyat vasitələri üçün qəza vəziyyəti törədir. Onun qarşısını almaq üçün ara-sıra deyil, mütəmadi olaraq tədbirlər keçirilməlidir. Həmin tədbirlər həm də sərtləşdirilməlidir. İstər cərimələmə nöqteyi-nəzərdən, istərsə də tədbirlərin sayının artırılması istiqamətində. Belə addımlar atılarsa, onlar bu hərəkətlərindən əl çəkəcək".

Ekspert Azər Allahverənov taksilərin dayanmaları üçün xusisi yerlərin ayrılmasını təklif etdi: "Avtobus dayanacaqlarının taksilər tərəfindən zəbt olunması heç də yaxşı hal deyil. Hazırda taksi sürücüləri hara mümkündürsə, orada özləri üçün bir dayanacaq yeri yaradıb. Çox vacib məsələ odur ki, nəinki dayanacaqlar, hətta mövcud yol hərəkəti qaydalarına görə, nəqliyyat vasitəsi döngəyə və döngədən sonra 5 metr ərazidə saxlamalı deyil. Amma buna əməl edilmədiyinin şahidi oluruq. Hətta onlar döngənin özündə belə köndələn şəkildə dururlar. Bu isə piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır. Ona görə də hesab edirəm ki, taksi dayanacaqları ilə bağlı ciddi işlər həyata keçirilməlidir. Onlar üçün dayanmaq baxımından xüsusi yerlər ayrılmalıdır. Bu olmayana qədər sözügedən problem də aradan qalxmayacaq. Bir tərəfdən də nəzarət mexanizmi gücləndirilməlidir. Bu prosesləri həyata keçirməli olan qurumlara məsələnin real həlli üçün əlavə səlahiyyətlər də verilməlidir. Dünya praktikasında da taksilər üçün sərnişin gözləmə yerləri mövcuddur. Biz də bu təcrübədən yararlanmalıyıq. Bakıda bir neçə yer var ki, orada taksilər üçün dayanacaq yeri yaratmaq mümkündür. Taksi sürücülərini bu qaydalara riayət etməyə vadar edə bilsək, nizam-intizam da yaratmaq mümkün olacaq".

Qeyd edək ki, bəzən şəxsi maşınlar da avtobus dayanacaqlarında saxlanırXatırladaq ki, vətəndş öz şəxsi avtomobilini avtobus dayanacağında saxlayıb, avtomobili tərk edibsə və bununla da avtobusların hərəkətinə maneə yaradırsa, bu zaman Nəqliyyat Nazirliyinin evakuatorları həmin avtomobili cərimə meydançasına apara bilərlər.

Sizin Reklam Yeriniz