Əlaqə Arxiv
news Image
2014.10.30
08:00
| A A A
İctimai nəqliyyatda sahibkarlara görə yenə xaotik vəziyyət hökm sürür
Kamran Əliyev: “Sahibklar işə məsuliyyətlə yanaşsalar, bu sahədə müəyyən qayda-qanun yaratmaq olar” Ərşad Hüseynov: “Sürücü intizamsızlığının kökündə daha çox pul qazanmaq istəyi durur”

Yol-nəqliyyat hadisələrinin sayındakı statistik rəqəmlər yenə də dəhşət saçır. Belə ki, statistikaya görə, bu ilin 9 ayı ərzində respublikada 1959 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 845 nəfər dünyasını dəyişib,1993 nəfər isə xəsarət alıb. Hadisələrdə fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verənlər böyük üstünlüyə malikdir. Eyni zamanda avtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı ölənlər və yaralananlar var. Burada əsas pay Bakıdaxili avtobuslarının üstünə düşür. Belə ki, ilin 9 ayı ərzində Bakıda avtobusların iştirakı ilə 40 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 9 nəfər ölüb, 40 nəfər yaralanıb. Lakin sərnişindaşımadakı problemlər təkcə bununla bitmir. İctimai nəqliyyatdan istifadə edənlərin əksəriyyəti demək olar ki, hər gün sürücülərin kobut rəftarı, sürət həddini aşmaları, yol hərəkəti qaydalırını pozmaları ilə rastlaşır. Mütəxəsislər günahı avtobus xətlərini işlədən sahibkarlarda görür.Çünki onlar sürücülük tələbləriən cvab verməyən şəxsləri belə işə götürür. Bu arada qeyd edək ki, Bakı şəhər DYPİ və Nəqliyyat Nazirliyi əməkdaşlarından ibarət qruplar ayrı-ayrılıqda paytaxt ərazisində avtobuslarla bağlı kütləvi reydlərə başlayıblar. Ancaq ictimai nəqliyyatda mövcud problemin həllinə gəlincə isə, səbəb və təkliflər müxtəlifdir.

Baş Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev məsələ ilə bağlı qəzetimizə bildirdi ki, 9 ay ərzində avtobusların iştiraki ilə respublika ərazisində 60 hadisə olub: "Nəticədə 25 nəfər ölüb, 63 nəfər isə yaralanıb. Düzdür, sürücü məsuliyyətsizliyindən danışmaq olar. Ancaq bunu bütün avtobus sürücülərinə şamil etmək də doğru deyil. Avtobusların iştirakı ilə avtoqəzaların sayı illər üzrə fərqli olur. Burada azalma da və artma da görə bilərik. Lakin ən əsası avtobus marşrutunu işlədən sahibkarlar daxili intizamı pozduğuna görə, sürücülərlə bağlı məsuliyyət nəzərdə tutmalıdır. Yəni, sürücü cəzalandırmalı, ya xətdən, işdən çıxarmalıdır. Sahibklar işə məsuliyyətlə yanaşsalar,bu sahədə müəyyən qayda-qanun yaratmaq olar. Tərəfimizdən isə daim nəzarət var. Avtobus sürücüləri arasında inzibati məsuliyyətə cəlb olunanlar, müxtəlif müddətə sürücülük hüququ məhdudlaşdırılanlar çoxdur. Eyni zamanda Nəqliyyat Nazirliyinin müvafiq qurumları da nəzarəti gücləndirilməlidir. Kobud qayda pozuntularına yol verən sürücülər nəqliyyat vasitələrinin idarə edilməsindən kənarlaşdırılmalıdır. Ancaq belə olanda da avtobus sürücülərinin yarısını itimiş olacağıq".

Şöbə rəisi qayda pozuntuların azaldılması üçün cəzaların sərtləşdirilməsini məqsədəmüvafiq saymır: "Bizdə əsasən sürücülük, yol mədəniyyəti problemi var. Bu mədəniyyətin yüksəlməsi yol polisindən asılı deyil. Bu prosesdə ictimaiyyət də iştirak etməlidir".

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov hesab edir ki, sürücü intizamsızlığının kökündə daha çox pul qazanmaq istəyi durur: "Onları intizamsiz edən peşəkarlıqlarının digər sürücülərdən aşağı olması, ya təhlükəsizliklə bağlı bilgilərinin az olması deyil. Onların intizamsızlığının səbəbi 20 qəpik artıq qazanmaq istəyidir. Birincisi, sürücü gündəlik fəaliyyətini sükan arxasında keçirir. İstirahətsiz ancaq pul qazanmağı düşünürlər. Əslində, avtobus sürücüləri digər sürüclərdən də peşəkardırlar. Yol-hərəkət qaydalarını da yaxşı bilirlər. Sadəcə olaraq, daha çox pul qazanmaq istəyi onları intizamsızlığa yönəldir. Təbii ki, qeyd edilənlər heç də bütün avtobus sürücülərinə aid deyil".

Ekspert qəzalarla bağlı göstərilən rəqəmi çox hesab etmir: "Çünki, daha çox qəza baş verib. Sadəcə, bəziləri cinayət xarakterli olmadığından, qeydə alınmayıb. Məsələ ondan ibarətdir ki, sürüclərə konkret əmək haqqı verilmir. Onların gündəlik planları var. Pulu necə qazanmaq isə sürücünün ixtiyarına qalıb. Sürücülər də 20 qəpik çox qazanmaq istəiyndən insan taleyi ilə oynayırlar".

Ərşad Hüseynov fikrincə, bizim nəqliyyat sisteminə yenidən baxılmalıdır: "Avtobus sürücülərinə konkret əmək haqqı verilməlidir. Həmçinin, avtobus sürücüsü üçün lazım olan daha yüksək tələblər var. Mədəniyyətinə, peşəkarlıq səviyyəsinə və s. dair bütün tələblər nəzərə alınmalıdır. Bundan əlavə, sürücünün dəqiq iş qrafiki olmalıdır. Normalda sürücü gün ərzində 8 saatdan artıq çalışmamalıdır. Bunlara əməl olunmadıqda Dövlət Yol Polisinin keçirdiyi reydlər də lazımi nəticə vermir".

Sizin Reklam Yeriniz