Əlaqə Arxiv
news Image
2014.10.31
11:00
| A A A
Təhsil ocaqlarına hicabda gedənlərin məktəblilərin sayı artır

Son vaxtlar tədris ocaqlarına hicabla gələn məktəbli və tələbə qızların sayında artım müşahidə olunur. İslam dininin dominant oluduğu demokratik ölkələrdə hicablı qızların təhsil problemi həmişə aktual olub. 30 ildən çoxur ki, bu problemi çözmək üçün səy göstərən qonşu Türkiyə hələlik zor tətbiqindən başqa bir üsul fikirləşib tapa bilməyib. Ateizmin geniş təbliğ olunduğu sovet sistemindən qurtulan Azərbaycanda da hicablı qızların sayı artdıqca, göründüyü kimi təhsil müəssisələrində bu problem qabarmağa başlayır.  Ekspertlər ümumtəhsil müəssisələrində qızların hicab taxmasının onların öz fikri olmadığını, başlarını bağlamaq göstərişini valideynlərinin verdiyini söyləyirlər. "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, 18 yaşa qədər uşaqların məktəbə hicabla getməsi düzgün deyil: "Hesab etsək ki 18 yaşına kimi uşaqlar ölkə qanunvericiliyi ilə və uşaq huquqları konvensiyasında uşaq olaraq göstərilir. Uşaqlar qəyyumları olan valideynləri tərefindən buna məcbur edilir.  Din insanın şüür məsələsidir. Az yaşılı uşağın təfəkkürünün hələ formalaşmadığı bir vaxtda onun valdeynləri tərəfindən məcburi hicaba gəlməsi onun seçimi yox, valideyinin göstərişidir. Bizim təşkilata bir qız uşağı ilə uzun müddət gəlirdi və ata bu uşağın başını bağladıb onu dilənməyə məcbur edirdi. Eləcə də bir çox valideynlər qız uşağının təhsilini dinimizin haram buryurduğu bəhanəsini gətirib təhsildən yayındırır. Belə valideynlər namus-qeyrət məsələsini önə çəkərək əksinə, uşaqlarının gələcək həyatını bərbad vəziyyətə qoyurlar. Ümumiyyətlə məktəbli qızların hicab taxması düzgün deyil. Valideynlər özləri imkan verməlidir ki, bu qərarı onlar böyüdükdə istəsələr könüllü qəbul etsinlər. Bu tərbiyə üsulu deyil".

Xəzər universitetinin rektoru Hamlet İsaxanlı qızların orta məktəblərə başıbağlı gəlməsini düzgün saymır. H. İsaxanlı deyir ki, hətta İslam dininin tələblərinin daha çox əməl olunduğu Türkiyə də məktəblilər dərsə hicabla gəlmir: "Orta məktəb şagirdləri elə yaşdadırlar ki, onlar hicab taxıb-taxmamaları ilə bağlı müstəqil qərar qəbul edə bilməzlər. Yəni məktəb yaşlı qızların çoxu hicabı valideyninin məsləhəti ilə taxır. Orta məktəbdə isə şagirdin öz geyim forması müəyyən olunub. Bütün şagirdlər kimi onlar da məktəbə başıaçıq, forma ilə gəlməlidirlər.

Amma H. İsaxanlı ali məktəbə tələbələrin başıbağlı gəlməsində heç bir problem görmür: "Burda qorxulu bir şey yoxdur. Bizdə həm azərbaycanlılar, həm də xaricilər arasında dərsə hicabla gələnlər var. Çünki ali təhsil müəssisələrində oxuyan tələbə sərbəst qərar vermək yaşındadır".

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqram rəhbəri Elmina Kazımzadə isə deyir ki, məktəbli qızların dərsə hicabla gəlməsi onları təhsildən kənarda qoyur: "Hadisələrin inkişafı göstərir ki, "bu xəmir hələ çox su aparacaq". Biz bu gün qızların dərsə başıbağlı, yaxud açıq gəlməsini müzakirə etdiyimiz vaxtda o biri tərəfdə qızların təhsildən yayınması problemi yaranır. Mən çox təəssüf edirəm ki, valideynlər öz uşaqlarına hicab taxmaq göstərişi verməklə onları təhsildən yayındırırlar. Əgər hicabın arxasında valideynin müəyyən  maraqları yoxdursa, ata-ana övladının təhsildən yayınmaması üçün onun hicabı çıxartması ilə razılaşmalıdır". Qeyd edək ki, "Təhsil haqqında" qanunda məktəbə hicabla gəlməyi qadağan edən müddəa olmasa da, şagirdlərin dərsə məktəbli formasında gəlməsini tələb edən müddəa var. Bildirilir ki, Azərbaycan dövləti dünyəvi dövlətdir. Azərbaycanda din dövlətdən ayrı fəaliyyət göstərir.

Sizin Reklam Yeriniz