Əlaqə Arxiv
news Image
2014.10.31
11:40
| A A A
Nəqliyyat Nazirliyindən qəza törədən marşurutlar və sürücülər üçün yeni cəza növü
Nazirlik qəza törədən marşurutların və sürücülərin adını “qara siyahı”ya salacaq

Son günlər paytaxtda sərnişindaşımada qeydə alınan yol qəzalarının sayı artıb. Nəqliyyat Nazirliyi tərəfindən qəza qeydə alınan xətt sahiblərinə qarşı ciddi tədbirlərin görüləcəyi bildirilsə də, hələki bu sahədə yaxşılığa doğru dəyişiklik hiss olunmur. Bu gün daha bir sərnişin avtobusunun Azadlıq prospektində, tuneldə bardürə çırpılması sərnişinlərin həyatının doğurdan da təhlükədə olduğundan xəbər verir. Səhlənkar və məsuliyyətsiz sürücülərin marşurutlarda fəaliyyəti göstərir ki, sərnişindaşımada "intellaktual idarəetmə sistemi"ilə bəzi avtobus sürücülərinin intellekti arasında fərq çox böyükdür. "Bakısərnişinnəqliyyat" Departamentinin mərkəzi nəzarət dispetçer şöbəsindən Movqe.az-a verilən məlumata görə, artıq Nəqliyyat Nazirliyində bununla bağlı "qara siyahı" hazırlanıb: "Qəza baş verən xətlər, sürücülərin adları həmin siyahıya düşür. Qəza törədən sürücülər digər xətlərdə avtobus sürücüsü kimi işləyə bilməyəcək. Belə sürücülər sərnişindaşımadan tamamilə uzaqlaşdırılırlar".

Sizin Reklam Yeriniz