Əlaqə Arxiv
news Image
2014.11.04
11:00
| A A A
Cəbhədə silah səsləri
Sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub

Bu gecə cəbhə xəttində atəş səsləri yenidən eşidilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub.


Ağdam rayonunun Mərzili, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub.

Sizin Reklam Yeriniz