Əlaqə Arxiv
news Image
2012.07.21
13:52
| A A A
Son 48 saat ərzində 30 min insan ölkəni məcburi şəkildə tərk etdi
Movqe.Az xəbər verir ki, son 48 saat ərzində Suriyanı 30 min dinc sakin tərk edərək Livana keçib.

Buna səbəb son günlər hökümət qüvvələrinin daha şiddətli hücuma keçməsidir. Qeyd edək ki, bir neçə gün öncə Bəşər Əsədə qarşı terror hadisəsi törədildikdən sonra, O, daha da sərt tədbirlər üçün tapşırıqlar verib. Ehtimal edilir ki, Bəşər Əsədə tabe qüvvələr kimyəvi silahlardan da istifadə edəcək, məhz bu xəbərlər insanları qorxuya saldığı üçün onlar ölkəni tərk etməyə başlayıblar. Suriya müxalifəti isə bildirib ki, Bəşər Əsəd hakimiyyətdə son günlərini yaşayır. Livanda yaşayan Suriya müxalifətinin tərəfdarları Suriya ordusuna müraciət edərək onları müxalifətin tərəfinə keçməyə çağırıblar.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz