Əlaqə Arxiv
news Image
2014.11.11
12:34
| A A A
Azərbaycanda məktəblilərin payız tətili başlayır

Sabahdan Azərbaycanda məktəblilərin payız tətili başlayır .Movqe.az-ın xəbərinə görə, 2014/2015-ci dərs ilində məktəblilərin payız tətili noyabrın 12-də başlayacaq və noyabrın 17-də başa çatacaq. Dərslər həm 5 günlük, həm də 6 günlük məktəblərdə noyabrın 18-də başlayacaq. Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə dəyişiklik edib. Dəyişikliyə əsasən növbəti tədris ili sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək.

Sizin Reklam Yeriniz