Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 27,2 faiz artıb
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində
qeydiyyata alınan əcnəbilərin sayı 27,2 faiz artıb.
2014-cü il noyabr ayının 1-nə olan statistikaya əsasən,
ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF)
fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 27,2 faiz
artıb. 2014-ci il noyabrın 1-nə olan statistikaya əsasən, DSMF
tərəfindən əlavə olaraq 4658 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi
hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 21 758 nəfərə
yüksəlib. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan
əcnəbilərin 89,2 faizini (19419 nəfər) kişilər, 10,8 faizini (2 339
nəfər) isə qadınlar təşkil edir.Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən
əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları
(11 606 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində
qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan
Gürcüstan vətəndaşlarının sayı 2 459 nəfərə, üçüncü yerdə gələn
Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 249 nəfərə
çatıb. Sonrakı yerlərdə İran İslam Respublikası (851), Çin Xalq
Respublikası (730) Hindistan (592), Pakistan İslam Respublikası
(462), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (328), Ukrayna
(236), Özbəkistan (235), Banqladeş Xalq Respublikası (201),
Filippin (188), Almaniya (181), Türkmənistan (180), ABŞ (157),
Qazaxıstan (152), İtaliya (140), Cənubi Koreya Respublikası (134),
Bosniya və Hersoqovina (132), Malayziya (103) və s. ölkələr
gəlir. Ölkəmizdə 2006-cı ildən etibarən fəaliyyət göstərən
sığorta-pensiya sistemində Azərbaycan Respublikası mənbələrindən
əmək ödənişi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan
digər gəlirləri əldə edən əcnəbilərin ödədikləri məcburi dövlət
sosial sığorta haqlarının fərdi uçotu həyata
keçirilir.