Əlaqə Arxiv
news Image
2014.11.18
11:40
| A A A
Azərbaycanda təhlükəli virusa yoluxma ilə bağlı statistika 141-ə enib

Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan "Nodulyar dermatit" virus xəstəliyinə yoluxan heyvanların sayı azalıb. Bu barədə məlumatı Movqe.az-a  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat Mərkəzinin  rəhbəri Yolçu Xanvəli verib. Y. Xanvəli heyvanlar arasında bu xəstəliyə yoluxma ilə bağllı statistik rəqəmin hazırda 141 başa endiyini söyləyib. Xəstəlik baş qaldıran gündən indiyədək bu virusa 5178 baş heyvan yoluxub. Hazırda xəstə olan heyvanların sayı 141 başdır. Həmin heyvanlar müalicə olunur".

Y. Xanvəli xəstəliyin qarşısının alınması üçün profilaktik tədbirlər davam etdirilir, Xidmət səlahiyyətlisi havalar soyduqdan sonra bu xəstəliyin tamamilə sönəcəyinin proqnozlaşdırıldığını söyləyib.

 

 

Sizin Reklam Yeriniz