Əlaqə Arxiv
news Image
2014.11.20
09:43
| A A A
Ölkə xaricində azərbaycanlıların şopinq xərcləri 3 milyard dollara çatır
Azər Allahverənov: “Vətəndaşlarımızın xaricdə 3 milyard dollara qədər il boyu vəsait xərcləmələri müxtəlif səbəblərdən irəli gəlir”

Azərbaycan vətəndaşları hər il 3 milyard dollara qədər vəsaiti xarici ölkələrdə xərcləyir. Xüsusən də şopinq xəttilə bu vəsait xaricdə sərf olunur. Bunun isə səbəbləri var. Belə ki, adətən təchizatlçıar Avropada vitrinlərdən götürülmüş ötənilki, hətta inişilki məhsulları gətirərək yeni kolleksiya adı ilə satırlar. Bu səbəbdən də moda həvəskarları öz qarderoblarını xaricdə doldurmağı seçirlər. Bundan əlavə, bura gətirilən köhnə məhsullar xaricdəkindən qat-qat baha qiymətlərə satılır. Həm də bizim butiklərdə təmiz İtaliya istehsalı olan paltar aldığınıza əmin ola bilmirsiniz. Bakının lüks butiklərində adətən Çindən və ya başqa uzaq şərq ölkələrində istehsal olunan və üzərinə İtaliya etiketi vurulan malları alırlar. Avropada isə məhsulların keyfiyyətinə tələbat tamam fərqlidir. Bu da alınan məhsulların keyfiyyətinə zəmanət verir. Davamlı İnkişaf İctimai Birliyinin sədri Nəriman Ağayev "bildirir ki, xaricə gedən hər bir vətəndaşımız orta hesabla 1500-2000 manat xərcləyir.

Vətəndaşlarımız xaricdə əsas vəsaiti alış-verişə xərcləyirlər.

Ekspert Rəşad Həsənov burada müəyyən səbəblərin rol oynadığını dedi: "3 milyard dollar xaricdə xərclənməsi ümumiyyətlə Azərbaycan vətəndaşlarının il ərzində əldə etdiyi gəlirinin 8 faizi deməkdir. Azərbaycan vətəndaşlarının gəlirlərinin il ərzində 40 milyard dollar olduğunu nəzərə alsaq, xaricdə bu qədər pulun xərclənməsini kifayət qədər böyük rəqəm hesab etmək olar. Vəziyyətin belə olması müxtəlif səbəblərdən irəli gəlir. Azərbaycan vətəndaşlarının gəlirlərinin xaricdə xərclənməsinə səbəb olan amillər turizm, səhiyyə və təhsil sahələridir. Bir çox məqamlarda xaricə turist səfərləri oraları görmək, tanış olmaq məqsədi daşısa da, azərbaycanlıların xaricə üz tutmasının əsas səbəbi daxildə qiymətlərin yüksək, xidmətin isə aşağı olmasıdır. Bu problemlər daxildə öz həllini tapsa, xaricə də bu qədər pul axmaz".

Ekspert Azər Allahverənovun fikrincə, daxili turizmin inkişafı fonunda xaricdə xərclənən vəsaitlərin həcmi də azalacaq: "Vətəndaşlarımızın xaricdə 3 milyard dollara qədər il boyu vəsait xərcləmələri müxtəlif səbəblərdən irəli gəlir. 100 minlərlə azərbaycanlı il ərzində müxtəlif səbəblərdən xaricdə səfərdə olur və belədə fəaliyyətlərindən asılı olmayaraq orada pul xərcləyirlər. Əsasən də turizm baxımından xaricə pul axır. Bu pulun daha çox daxildə istifadəsi üçün daxili turizmin inkişafı vacibdir.

Rusiyada orta hesabla 600 minə qədər azərbaycanlı miqrant yaşayır. Onlar qalmaq, yeməklə təchiz olunmaq üçün adambaşına orta hesabla 200 dollar xərcləyirsə, bu bir il ərzində 120 milyon dollar deməkdir. Xaricdə əmək fəaliyyətilə məşğul olan soydaşlarımız böyük vəsait qazansalar da, onun 75-80 faizi elə xaricdə xərclənir".

Sizin Reklam Yeriniz