Gələn ay keçriləcək bələdiyyə seçkilərinə hazırlıq prosesi davam etməkdə, prosesdə namizəd kimi iştirak edəcək şəxslərin müəyyənləşdirilməsi həyata keçrilməkdədir. Hazırda siyasi partiyalar arasında bu məsələdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) fəallığı daha çox nəzərə çarpmaqaddır. Artıq AP-ın bələdiyyə seçkilərinə namizədlərinin 13 min nəfəri namizədlik statusu alıb. Digər namizədlər də işlərini davam etdirir. Onu da bildirək ki, YAP-ın namizədlərinin 37 faizə qədərini yeni namizədlər, o cümlədən gənclər, qadınlar təşkil edir.
Müxalif düşərgəyə gəlincə, burada hələ də süst vəziyyət hökm sürür. Bir sıra partiyalar, məsələn Müsavat daxilində gedən çəkişmələr onun bələdiyyə seçkilərində iştirakını sual altına alır. Digər partiyalar da elektorat sarıdan ciddi əziyyət çəkir və tərəfdarları yox səviyyəsindədir. Halbuki, Prezident İlham Əliyev tərəfindən bu ilin oktyabrında təsdiqlənən "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu bu institutların ictimai həyatda rolunu daha da artırır. Eyni zamanda artıq bələdiyyələrin fəaliyyətiən ictimai nəzarət də kifayət qədər güxlü olacaq. Bu mənada bələdiyyələrin artıq ictimai-soail həyatda daha fəal rol oynması gözlənilir. Belə şəraitdə siyasi səhnədə yer alan qüvvələrin bələdiyyə seçkilərində daha çox yerə sahiblənməsi onların gələcək fəaliyyəti üçün də müstəsna əhəmiyyət kəsb edir.
Xatırladaq ki, qanunda sözügedən dəyişikliklərdən sonra öz vəzifələrini yaxşı yerinə yetirməyən və seçicilərin narazı qaldığı bələdiyyələr ləğv ediləcək. Belə ki,
qanunun 52-2-ci maddəsinə edilən əlavəyə görə, bələdiyyə hər il gördüyü işlərlə bağlı nəzarət edən qurumla bərabər öz seçicilərinə də hesabat verməli olacaq. Belə ki, bələdiyyələr hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verməli olacaqlarir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Bundan başqa, bələdiyyələrin fəaliyyəti bu ərazidə yaşayan vətəndaşların yığıncağında müzakirə ediləcək. Yığıncaqda seçicilərin azı 25% iştirak etməlidir. Yığıncaqda iştirak edənlərin yarısından çoxu bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab etsə, bu barədə qərar qəbul edilir və yığıncağın protokolu bələdiyyələrin fəaliyyətinə nəzarət edən quruma göndərilir. Müvafiq icra hakimiyyəti orqanı hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə bələdiyyənin vaxtından əvvəl buraxılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edir.
Beləliklə, bələdiyyələrə ictimai nəzarət gücləndirilir və şübhəsiz ki, bu da onların daha yaxış fəaliyyət göstərməsi ilə nəticələnəcək. Digər tərəfdən xatırldaq ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, məhəllədaxili yollar, kənd və qəsəbələrdəki küçələr, keçidlər bələdiyyələrin balansına verilib. Bununla bağlı sərəncamın 3.3-cü bəndi aşağıdakı redaksiyada verilir: "Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yollarının müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına, şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yollarının, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələrin, keçidlərin, ictimai nəqliyyat xətlərinin, digər yolların və yol qurğularının isə müvafiq bələdiyyələrin balansına verilməsini təmin etsin". Beləliklə, bələdiyyələrin fəaliyyət dairəsi də genişləndirilib. Onu da xatırladaq ki, yeni yaradılanda Azərbaycanda bələdiyyələrin sayı 2757 olub. 2009-cu ildə bir sıra xırda bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirildi və bundan sonra yerli özünüidarə orqanlarının sayı 1762-dək azaldıldı. Daha sonra bu davam etdirildi və proses nəticəsində 21 rayonu üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 bələdiyyənin yaradılması və 110 bələdiyyənin ləğv edilməsi Mili Məclisdə müzakirəyə çıxarıldı. Bununla əlaqədar olaraq ölkədə bələdiyyələrin sayı 1607-yə enir.