Əlaqə Arxiv
news Image
2014.11.26
09:48
| A A A
Yağış suların texniki işlərdə istifadə olunacaq…
Dövlət Məmmədov: “Əvvəlcədən müəyyən edilməlidir ki, şəhərə nə qədər texniki məqsəd naminə su lazımdır” Vahid Məhərrəmov: “İndiki iqlim dəyişikliyi şəraitində yağış sularının toplanaraq texniki məqsədlər üçün istifadə olunması olduqca aktual məsələdir”

Dünya təcrübəsində yağış sularının yığılaraq istifadəyə yönəlnədirilməsi təcrübəsindən geniş istifadə olunur. Azərbaycanda da bu təcrübənin tətbiqi vacib sayılır. Təkliflər səslənir ki, yolların kənarında quraşdırılmış su ötürücü qurğu vasitəsilə yollara yağan yağıntıları toplayaraq, onları su anbarlarında saxlamaq olar. Bundan əlavə, hər bir çoxmərtəbəli binanın damına toplanan və su boruları ilə axan yağış sularını anbarlara yığmaq mümkündü. Bu anbarlara toplanan suların hesabına yay aylarında Bakıda yaşıllıqları suvarmaq olar. Bununla da Bakıda içməli suya 30-40 faiz qənaət ediləcək.

Yeraltı suların suların Azərbaycanda bol olduğunu əsas gətirən "Su İstehsalçıları" İctimai Birliyinin sədri Dövlət Məmmədov yağış suyunun çənlərə yığılıb, sonradan texniki məqsədlər üçün ondan istifadəyə ehtiyac görmədi: "Yağış suyunun xüsusi çənlərə yığılıb, sonradan ondan texniki məqsədlər üçün istifadə edilməsi böyük miqdarda əlavə xərc tələb edir. Əlavə su boruları çəkilməlidir, əlavə stansiyalar, elektrik enerjisi lazım olacaq. Həm də bunun üçün büdcədən pul ayrılmalıdır. Başqa bir tərəfdən, düşünürəm ki, belə bir addıma getməyə ehtiyac da yoxdur. Azərbaycanda çoxsaylı yeraltı sular var. Sulamaq məqsədilə istifadə olunduqda, quyu qazıb, oradan çıxan su vasitəsilə bağları, parkları sulamaq mümkündür. Əvvəlcədən müəyyən edilməlidir ki, şəhərə nə qədər texniki məqsəd naminə su lazımdır, bu sudan harada istifadə olunacaq. Texniki məqsədlə müəyyən qədər yağış sularından istifadə etmək olar".

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov facebook sosial şəbəkəsində yaydığı fikirdə bu istiqamətdə addım atmağın vacib olduğunu bildirib: "Sovet dövründə xüsusi su anbarları var idi ki, bura da yağış suları doldurulurdu. Onun bir hissəsi insanların və mal-qaranın suya olan tələbatının ödənilməsi üçün verilirdi. Həm də təsərrüfat işlərində, əkin sahələrinin suvarılmasında istifadə olunurdu. Yağış suyundan texniki məqsədlər üçün istifadə dünyada geniş yayılıb. Hazırda isə Azərbaycanda yağış sularını yığmaq üçün boş hövzələr yoxdur. Yağış sularnı saxlamaq üçün nəzərdə tutulan hövzələrin əksəriyyətində indi balıq saxlanılır. Boş olan mövcud hövzələr isə artıq su saxlamaq qabiliyyətində deyil. Onların təmirə ehtiyacı var. Xüsusi olaraq, yağış sularının yığılması və onun idarə olunması prosesinin həyata keçməsi üçün dövlət proqramının olması vacibdir. İndiki iqlim dəyişikliyi şəraitində yağış sularının toplanaraq texniki məqsədlər üçün istifadə olunması olduqca aktual məsələdir".

Sizin Reklam Yeriniz