Əlaqə Arxiv
news Image
2012.07.25
14:00
| A A A
Pakistanda Nizami Gəncəvi ilə bağlı məqalə çap olunub
Movqe.Az xəbər verir ki, Pakistanda yüksək tirajla ingilis dilində çap olunan "Diplomatic Star" jurnalında Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş "Nizami Gəncəvi 870" məqalə çap edilmişdir.

Məqalənin müəllifi Amir Mahmud Batti məqalədə Şərqin dahi şairi və filosofu olan Nizami Gəncəvinin gənclik illərindən, yaşadığı həyat tərzindən, eləcə də yaradıcılığındakı lirik poemalar, qəzəllər və qəsidələrdən bəhs etmişdir.Nizaminin ən məşhur əsərlərindən biri olan "Xəmsə"ə daxil olan beş poemanın hər birindən söz açan müəllif bu poemalarda təsvir olunan personajların sonralar Avropa ədəbiyyatında Şiller və Puççini tərəfindən prototip kimi istifadə olunduğunu qeyd etmişdir.Məqalədə şairin "Yeddi Gözəl" poemasının dünya ədəbiyyatı irsinə qızıl hərflərlə əks olunduğunu bildirilmiş və bu əsərin Şərqdə ilk dəfə Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən opera səhnəsinə qoyulmasına dair məlumat verilmişdir.

Amir Batti qeyd etmişdir ki, Nizami öz yaradıcılığında qadına böyük dəyər vermiş, əməyə hörmətlə yanaşmış və böyük vətənpərvər kimi xalqının qəhrəmanlıq salnaməsi ilə fəxr etmişdir.Müəllif Nizaminin əlyazmalarının Paris, London, Moskva, Qahirə, İstanbul və digər şəhərlərin muzeylərində hazırda saxlanıldığını və şairin əsərlərinin bir sıra dünya dillərinə tərcümə edildiyini qeyd etmişdir.Məqalədə Azərbaycan xalqının Nizami yaradıcılığına böyük məhəbbətlə yanaşdığı və onun əsərlərinin Azərbaycan folkloruna böyük təsir etdiyi xüsusi vurğulanmışdır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz