Əlaqə Arxiv
news Image
2012.07.27
14:07
| A A A
Oruc xərçəng riskini azaldır

Movqe.az xəbər verir ki, tarixdə bir çox məşhurlar və filosoflar özlərini günlərlə aclığa tabe tutaraq düşüncə qabiliyyətlərini inkişaf etdirirmiş. Alimlər müəyyən edib ki, az yemək zehini açır, fərdi inkişafda böyük rol oynayır və davranışlara nəzarət edir.

Bir çox xəstəlikdə açar rolu oynayan qandakı lipid və xolesterin səviyyəsi, nizamsız qidalanmayla əlaqədar olaraq bədənimizə zərər verir. Damar divarları xolesterol parçacıqları ilə örtülərək qan sirkülasyonunu pozur bu da bir çox xəstəliyin yaranmasına səbəb olur.  Oruc tutanlar da isə qandakı lipid və xolesterin səviyyəsi azaldığı üçün damarlar sanki özünü təmir edir. 

əng xəstəliyi bədənin hər hansı bir yerində bir neçə anarxiyaya hüceyrənin fəaliyyəti ilə başlar. Oruclu adamda isə orqanizm özünü nəzarət etməyə vaxt tapır və belə fəaliyyətlərə anında müdaxilə edir. Beləcə xəəngin meydana gəlməsinə maneə törədir.

Maddələr mübadiləsi, gün içərisində istehlak edilən qidaları hazm etməklə məşğul olan bədənimizin müdafiə və immunitet sistemi zəifləyir. Oruc zamanı həzmə ayrılan zaman azaldığından həzm orqanlarının da bu müddətdə istirahət edir. Xüsusilə dayanmadan çalışan qaraciyərin istirahətinə imkan yaradan oruc, ağ qan hüceyrələri vasitəsilə bədənimizdəki hər orqanı ayrı-ayrı sakitləşdirər və xəstəliklərə qarşı müqavimət təmin edər.

Sizin Reklam Yeriniz