Əlaqə Arxiv
news Image
2012.07.28
15:52
| A A A
Azərbaycanlı gənclərin Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan olunub
Movqe.Az xəbər verir ki, Azərbaycan gənclərinin Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan olunub. Heydər Əliyev Fondu və Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi arasında bağlanmış müqaviləyə əsasən 2012/2013-ci tədris ili üçün Litvanın təhsil müəssisələrində Azərbaycan gənclərinin dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir.

Bakalavr təhsili üzrə müsabiqədə cari tədris ilində Azərbaycan ali təhsil müəssisələrinə müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş və ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. I, II və III ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənnindən nisbi balı 80-dən az olmamalıdır. IV ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənni üzrə attestat qiyməti 5 olmalıdır.

 Müsabiqədə müvəffəqiyyət qazananların Litvada təhsil alması dövlət hesabına maliyyələşdirilir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödənilməlidir.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz