Cəbhədə güclü atışma
Cəbhə xəttində atəşkəs rejimi yenidən
pozulub. Müdafiə Nazirliyindən
Movqe.az-a verilən məlumata görə, cəbhənin müxtəlif
istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 51 dəfə
pozulub. Erməni silahlı bölmələri
Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex,
Barekamavan, Şavarşavan, İcevan rayonunun Berkaber, Azatamut
kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax
rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Qızılhacılı, Cəfərli
kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə
tutublar. Tərtər rayonunun Çiləbürt,
Çaylı, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam
rayonunun Yusifcanlı, Cəvahirli, Şıxlar, Şuraabad, Kəngərli,
Qaraqaşlı, Baş Qərvənd kəndləri yaxınlığında, həmçinin Goranboy,
Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə
tutublar. Ötən gün də cəbhə
xəttində atəşkəs pozulub. Sutka ərzində atəşkəs rejimi ümumilikdə
49 dəfə pozulub. Erməni silahlı bölmələri
Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən
mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən
mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Cəvahirli, Şıxlar, Şirvanlı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Qarşı tərəf cavab atəşi ilə susdurulub.