Əlaqə Arxiv
news Image
2012.07.31
13:16
| A A A
Dəniz canlar aparmağa davam edir: Lənkəranda 2 nəfər öldü
Movqe.Az xəbər verir ki, ötən gün Lənkəranda iki nəfər ölüb.

Hadisə axşam saatlarında Lənkəranın Dəmiryol stansiyasına yaxın ərazidə – dənizin nəzarətsiz hissəsində qeydə alınıb. Əraziyə gələn xilasedicilərin səyləri nəticəsində iki nəfərin cəsədi sudan çıxarılıb.

Qeyd edək ki, 14 və 17 yaşlarında iki oğlanın cəsədi sudan çıxarılıb. Araşdırma zamanı dənizdə batan gənclərin şəxsiyyəti müəyyən edilib. Məlumata görə, suda boğulanlar Masallının Mollaoba kənd sakinləri 1990-cı il təvəllüdlü Rəsulov Elnur Dövlət oğlu və 2000-ci il təvəllüdlü Rəsulov Sahib Söhbət oğludur. Onların əmioğlu olduğu bildirilir. Onuda qeyd edək ki, bu gün səhər saatlarında gənclərin meyitləri yaxınlarına təhvil verilib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz