Əlaqə Arxiv
news Image
2012.08.01
13:26
| A A A
Daha bir tələbə 700 bal toplamağa nail oldu
Movqe.Az xəbər verir ki, 700 bal toplayan abituriyent hələ hansı ixtisası seçəcəyini dəqiqləşdirməyib.

Abituriyent Kamil Hüseyn oğlu Sərdarlı IV ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən  tələbədir. Ölkə üzrə rekord nəticə qazanan Kamil Sərdarlı 700 bal topladığı üçün çox sevindiyini və bunun üçün valideynlərinə borclu olduğunu bildirib. Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu olan K.Sərdarlı 700 bal toplamağın onun üçün gözlənilməz olmadığını bildirib.

O, qeyd edib ki, bu nəticəni topladığı üçün çox xoşbəxtdir. Verdiyi açıqlamada Kamil Sərdarlı bildirib ki, o, 700 balı toplayacağına əmin idi. Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının elan etdiyi nəticələrə görə, IV ixtisas qrupu üzrə ən yüksək nəticələri Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunları - Kamran Elçin oğlu Həmidov və Kamil Hüseyn oğlu Sərdarlı göstərib. Onlar sinif yoldaşıdırlar.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz